İkinci əl bu avtomobilləri alarkən diqqətli olun; mühərrikdə problem çıxır - TÖVSİYƏ
İşlənmiş avtomobil bazarında bəzi mühərrik tipləri ilə bağlı xroniki nasazlıq iddiaları yenidən gündəmə gəlib.
Avtosfer.az xəbər verir ki, mühərrik nasazlığı işığının yanılı qalması, porşen zədələnməsi, hava yastıqlarının ilişməsi, həmçinin injektor və “AdBlue” sistemi problemləri ən çox rast gəlinən şikayətlər sırasındadır.
Məlumata görə, 1,6 litrlik 170 at gücündə benzin mühərriki ilə təchiz olunan "Opel Astra" və "Opel Insignia" modellərində daxili mühərrik zədələri ilə bağlı şikayətlər artır. Eyni zamanda "Volkswagen Passat" və "Volkswagen Scirocco" modellərindəki 2.0 TDI və 1.4 TFSI aqreqatları, eləcə də "Ford Mondeo" və "Ford Focus" modellərində istifadə olunan 2.0 TDCI dizel mühərrikləri risk qrupunda göstərilir.
SUV seqmentində "Chevrolet Captiva" modelində injektor və turbo nasazlıqları, "Citroen C3" modelində isə hava axını sensoru problemləri barədə məlumatlar paylaşılır. Bundan başqa, bəzi "Fiat" Euro 6 dizel modellərində “AdBlue” sistemi ilə bağlı xəbərdarlıqların tez-tez yarandığı bildirilir.
Mütəxəssislər işlənmiş avtomobil alarkən diaqnostikanın aparılmasını, texniki xidmət tarixçəsinin yoxlanılmasını və xüsusilə mühərrik indikatoru ilə bağlı keçmiş nasazlıqların araşdırılmasını tövsiyə edirlər. Vaxtında qulluq edilməyən mühərriklər isə sonradan yüksək təmir xərcləri yarada bilər.
Eltac Zülfüqaroğlu
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO
Gecə avtomobilin salon işığını yandırmaq təhlükəlidirmi? – ARAŞDIRMA












