İnkişaf etmiş şəhərlər niyə ictimai nəqliyyata üstünlük verir? - Ekspert AÇIQLADI

İctimai nəqliyyatın inkişaf etdiyi şəhərlər təkcə rahat hərəkət imkanları ilə deyil, həm də iqtisadi inkişaf, ekoloji dayanıqlılıq və yüksək həyat keyfiyyəti ilə seçilir. Mütəxəssislərin fikrincə, müasir şəhərlərin uğurlu inkişaf modelinin əsas komponentlərindən biri məhz səmərəli ictimai nəqliyyat sistemidir.
Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, dünyanın bir sıra şəhərləri bu sahədə nümunə hesab olunur. Onun sözlərinə görə, Tokyo, Seoul, Singapore, Hong Kong, Shanghai, eləcə də Vienna, Zürich, Berlin, Prague və Copenhagen ictimai nəqliyyatın təşkili baxımından qabaqcıl təcrübəyə malikdir.

Ekspert qeyd edib ki, bu şəhərləri fərqləndirən əsas amillər metro, avtobus, tramvay və şəhərətrafı qatarların vahid sistem kimi fəaliyyət göstərməsi, sərnişinlər üçün rahat və sürətli transfer imkanlarının yaradılması, vahid ödəniş mexanizmlərinin və rəqəmsal xidmətlərin tətbiqi, nəqliyyatın yüksək hərəkət tezliyi və dəqiqliyidir.
Rauf Ağamirzəyev vurğulayıb ki, inkişaf etmiş şəhərlərdə ictimai nəqliyyat şəxsi avtomobilə real alternativ kimi təqdim olunur. Bu isə həm yollardakı nəqliyyat sıxlığının azalmasına, həm də şəhər mühitinin daha yaşanaqlı olmasına imkan yaradır.
Dünya təcrübəsi göstərir ki, şəhərlərdə tıxaclarla mübarizənin ən effektiv yolu yalnız yeni yolların və yolötürücülərin tikintisi deyil. Əsas həll yollarından biri keyfiyyətli, sürətli və əlçatan ictimai nəqliyyat sisteminə investisiyaların artırılmasıdır.
Ekspert hesab edir ki, ictimai nəqliyyat nə qədər rahat, təhlükəsiz və etibarlı olarsa, vətəndaşların şəxsi avtomobildən imtina edərək bu nəqliyyat növünə üstünlük verməsi ehtimalı da bir o qədər yüksək olacaq. Bu isə öz növbəsində şəhərlərdə tıxacların azalmasına, ətraf mühitə atılan zərərli tullantıların minimuma endirilməsinə və şəhər həyatının keyfiyyətinin yüksəlməsinə xidmət edir.
Eltac Zülfüqaroğlu
Ekspert qayda pozub statusdan istifadə edən qazilərə çağırış etdi - Bir gün… - VİDEO
Avtomobilin rəngini dəyişmək üçün rüsum nə qədərdir? – VİDEO
Su altında qalan avtomobildə gizli təhlükə: Sürücülərə XƏBƏRDARLIQ
Avtomobilin buferini dəyişmək cəriməyə səbəb olur – QANUN NƏ DEYİR? - VİDEO
Sükan arxasında instinktə güvənmək təhlükəlidir? – AÇIQLAMA - VİDEO
Şəhərlərdə drenaj sistemləri necə inkişaf etdirilməlidir? - EKSPERT
Sığortası bitən avtomobilə görə hansı halda cərimə yazılmır? – VİDEO
Sürücülər bu qayda pozuntusuna görə 150 manat cərimələnəcək - Çoxunun xəbəri yoxdur - VİDEO
Sığortanın bitməsi ilə bağlı SMS gəlməyibsə cərimə yazıla bilər? – AÇIQLAMA - VİDEO
Maşını olanların NƏZƏRİNƏ: Bu nömrələrin dəyişdirilməsi...- RÜSUM NƏ QƏDƏRDİR?
Azərbaycandakı bu qanunda dəyişikliyin edilməsinə ehtiyac var? - AÇIQLAMA












