İriqabaritli maşınlarla paralel döngəyə girməyin – MÜTƏXƏSSİS – VİDEO

Böyükqabaritli nəqliyyat vasitələri ilə eyni vaxtda dönmək sürücülər üçün təhlükəli vəziyyət yarada bilər. Xüsusilə avtobus və yük maşınlarının dönmə zamanı tutduğu trayektoriyanın digər nəqliyyat vasitələrindən fərqlənməsi qəza riskini artırır.
Avtosfer.az xəbər verir ki, qəza əleyhinə sürücülük kurslarının məşqçisi Aqil Rəhimov sürücüləri böyükqabaritli nəqliyyat vasitələri ilə hərəkət zamanı diqqətli olmağa çağırıb.
Mütəxəssis bildirib ki, avtobusla eyni istiqamətdə və eyni vaxtda dönərkən onun sağında və ya solunda paralel hərəkət etmək təhlükəlidir. Çünki belə nəqliyyat vasitələrinin dönmə radiusu daha böyük olduğundan onlar dönmə zamanı yan zolağa və ya qonşu hərəkət zolağının bir hissəsinə daxil ola bilirlər.
“Bu gün sizə böyükqabaritli avtomobillərdən danışacağam. Məsələn, avtobus da sağa dönəcək, biz də sağa dönəcəyik. Kimsə deyə bilər ki, hər kəs öz zolağı ilə dönəcək. Amma bir təsəvvür edin ki, siz avtobusun sağında hərəkət edirsiniz. Bu zaman dönmə zamanı avtomobiliniz avtobusla maneə arasında sıxışıb qala bilər.
Ona görə də məsləhətim budur ki, böyükqabaritli nəqliyyat vasitələrindən, o cümlədən avtobus və yük maşınlarından uzaq olun. Xüsusilə döngələrdə onlarla paralel şəkildə sağa və ya sola dönməyin”, – deyə Aqil Rəhimov bildirib.
Şəhər yollarında böyükqabaritli nəqliyyat vasitələrinin hərəkəti zamanı sürücülər onların manevr xüsusiyyətlərini nəzərə almalıdırlar. Avtobus və yük avtomobillərinin ölçüləri, dönmə radiusu və “ölü zonaları” səbəbindən onlarla paralel hərəkət etmək təhlükəli ola bilər.
Aqil Rəhimov sürücülərə belə hallarda məsafə saxlamağı və böyükqabaritli nəqliyyat vasitəsinin manevrini tamamlamasını gözləməyi tövsiyə edib.
“Özünüzü qoruyun, məsləhətimə qulaq asın və qəzalardan uzaq olun”, – deyə əlavə edib.
Eltac Zülfüqaroğlu
Ekspert qayda pozub statusdan istifadə edən qazilərə çağırış etdi - Bir gün… - VİDEO
Avtomobilin rəngini dəyişmək üçün rüsum nə qədərdir? – VİDEO
Su altında qalan avtomobildə gizli təhlükə: Sürücülərə XƏBƏRDARLIQ
Avtomobilin buferini dəyişmək cəriməyə səbəb olur – QANUN NƏ DEYİR? - VİDEO
Sükan arxasında instinktə güvənmək təhlükəlidir? – AÇIQLAMA - VİDEO
Şəhərlərdə drenaj sistemləri necə inkişaf etdirilməlidir? - EKSPERT
Sığortası bitən avtomobilə görə hansı halda cərimə yazılmır? – VİDEO
Sürücülər bu qayda pozuntusuna görə 150 manat cərimələnəcək - Çoxunun xəbəri yoxdur - VİDEO
Sığortanın bitməsi ilə bağlı SMS gəlməyibsə cərimə yazıla bilər? – AÇIQLAMA - VİDEO
Maşını olanların NƏZƏRİNƏ: Bu nömrələrin dəyişdirilməsi...- RÜSUM NƏ QƏDƏRDİR?
Azərbaycandakı bu qanunda dəyişikliyin edilməsinə ehtiyac var? - AÇIQLAMA












