Köhnə maşınlara yeni akkumulyator qoymaq olarmı? - Usta AÇIQLADI

Avtomobil sənayesi sürətlə dəyişir və yeni texnologiyalar köhnə sistemləri tədricən arxa plana keçirir. Xüsusilə yeni nəsil akkumulyatorlar elektrikli avtomobillərin performansını, məsafəsini və enerji səmərəliliyini əhəmiyyətli dərəcədə artırır. Bu isə köhnə yanacaq sistemi ilə işləyən və ya ilk nəsil elektrik avtomobilləri ilə müqayisədə daha aşağı performans göstərən modellərin bazarda rəqabət qabiliyyətini azalda bilər. Eyni zamanda, istehsalçılar yeni texnologiyalara uyğun infrastruktur və şarj stansiyaları inkişaf etdirir ki, bu da köhnə avtomobillərin gündəlik istifadəsini çətinləşdirə bilər.
Bəs, sizcə, yeni nəsil akkumulyatorlar köhnə sistemli avtomobilləri tamamilə sıradan çıxara bilərmi?
Mövzu ilə bağlı avtomobil ustası Dəniz Ağabəyli Avtosfer.az-a açıqlamsında bildirib ki, ili köhnə olan avtomobillərə yeni akkumulyatorların qoyulması avtomobilin elektrik naqillərinə heç bir zərər vermir:

“Əksinə, xeyri var, zərəri yoxdur. Avtomobilin tez işə düşməsi təmin olunur. Əgər avtomobil işə gec düşürsə, onun starterində olan kömür və lövbər qızır və daha tez sıradan çıxır.
Akkumulyator zəif olduqda gücü çatmır. Amma yeni akkumulyatorlar bu problemi aradan qaldırır. Yəni istər avtomobilin işə düşməsi, istərsə də elektronik sistemi üçün faydalıdır.
Bir də ki, yeni nəsil avtomobillərdə, yəni ili yeni olan avtomobillərdə start-stop sistemlərində və digər müasir avtomobillərdə AGM akkumulyatorları istifadə olunur. “AGM” akkumulyatoru yeni nəsil avtomobillərdə standart olaraq gəlir.

Əgər “AGM” akkumulyatorunu çıxarıb əvəzinə sadə akkumulyator qoysaq, bəzi funksiyalar işləməyəcək. Avtomobil hətta beyin sisteminin sıradan çıxmasına da səbəb ola bilər, çünki yeni nəsil avtomobillərdə “AGM” akkumulyatorları yerləşdirilir.
Bu səbəbdən akkumulyatoru çıxarıb sadə akkumulyator qoymaq məsləhət görülmür. Bu, həm avtomobilin beyin sisteminə, həm də elektronikasına zərər verə bilər”.
Eltac Zülfüqaroğlu
Ekspert qayda pozub statusdan istifadə edən qazilərə çağırış etdi - Bir gün… - VİDEO
Avtomobilin rəngini dəyişmək üçün rüsum nə qədərdir? – VİDEO
Su altında qalan avtomobildə gizli təhlükə: Sürücülərə XƏBƏRDARLIQ
Avtomobilin buferini dəyişmək cəriməyə səbəb olur – QANUN NƏ DEYİR? - VİDEO
Sükan arxasında instinktə güvənmək təhlükəlidir? – AÇIQLAMA - VİDEO
Şəhərlərdə drenaj sistemləri necə inkişaf etdirilməlidir? - EKSPERT
Sığortası bitən avtomobilə görə hansı halda cərimə yazılmır? – VİDEO
Sürücülər bu qayda pozuntusuna görə 150 manat cərimələnəcək - Çoxunun xəbəri yoxdur - VİDEO
Sığortanın bitməsi ilə bağlı SMS gəlməyibsə cərimə yazıla bilər? – AÇIQLAMA - VİDEO
Maşını olanların NƏZƏRİNƏ: Bu nömrələrin dəyişdirilməsi...- RÜSUM NƏ QƏDƏRDİR?
Azərbaycandakı bu qanunda dəyişikliyin edilməsinə ehtiyac var? - AÇIQLAMA












