Kondisioner istifadə etmədən maşınınızın salonunu bu üsulla soyuda bilərsiniz – ARAŞDIRMA
Yay aylarında güclü istidən avtomobillərin içi sobaya çevrilir. Belə hava şəraitində sürücülərin avtomobilə minərkən ilk etdikləri iş kondisioneri işə salmaq olur.
Avtosfer.az xəbər verir ki, britaniyalı alim, doktor Hannah Fry avtomobildən isti havanı qısa müddətdə çıxarmağın effektiv və qənaətcil üsulunu təqdim edib. Onun maye dinamikası prinsiplərinə əsaslanan bu metodu xüsusilə “TikTok” və “Instagram” platformalarında böyük maraqla qarşılanıb.
Doktor Fry-nin izah etdiyi texnika avtomobilin daxili temperaturunu cəmi bir neçə dəqiqə ərzində 5-10 dərəcə aşağı sala bilir. Metodu tətbiq etmək üçün aşağıdakı addımları yerinə yetirmək kifayətdir:
Sürücünün arxasında yerləşən pəncərəni tam açın.
Daha sonra sürücünün qapısını bir neçə dəfə tez açıb bağlayın.
Bu hərəkət avtomobilin içindəki isti havanın xaric olunmasına və aşağı təzyiqli sahənin yaranmasına səbəb olur. Nəticədə kondisioneri işə salmazdan əvvəl salon müəyyən qədər soyumuş olur.
Yalnız kondisionerdən deyil, digər sadə üsullardan da istifadə etməklə avtomobili sərin saxlamaq və yanacağa qənaət etmək mümkündür:
Avtomobili günəş altında deyil, mümkün qədər kölgədə saxlayın.
Ön şüşəyə yerləşdirilən əks etdirici qoruyucular daxili temperaturun artmasının qarşısını alır.
Günəşdə isinə biləcək oturacaqları qoruyucu örtüklərlə örtmək daha komfortlu sərinlik təmin edir.
İsti hava şəraitində təkərlərdəki hava genişlənə bilər ki, bu da təhlükəli partlamalara səbəb ola bilər. Mütləq şəkildə təkər təzyiqinin normaya uyğunluğunu yoxlamaq lazımdır.
Eltac Zülfüqaroğlu
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO
Gecə avtomobilin salon işığını yandırmaq təhlükəlidirmi? – ARAŞDIRMA












