Körpü və tunellərdə qəza riskini necə azaltmaq olar? – Mütəxəssis AÇIQLADI - VİDEO

Körpü və tunellərdə sürücülərin zolaq seçimi və qəfil manevrlərdən yayınması yol-nəqliyyat hadisələrinin qarşısının alınmasında mühüm rol oynayır.
Avtosfer.az xəbər verir ki, qəza əleyhinə kurslarının məşqçisi Aqil Rəhimov sürücülərə xüsusilə körpü və tunellərdə sol zolaqdan mümkün qədər istifadə etməməyi tövsiyə edib. Onun sözlərinə görə, sol zolaqda hərəkət edən sürücülərin yüksək sürətlə hərəkət etməsi digər sürücülərə psixoloji təzyiq yarada və onları sürəti artırmağa vadar edə bilər.
“Birincisi, körpülərdə və tunellərdə çalışın sol zolağı tutmayın. Deyəcəksiniz, niyə? Çünki soldakılar daha sürətli gedirlər və sizi tələsdirə bilərlər. Nəticədə ya sürəti artırıb radara düşəcəksiniz, ya da təhlükəli vəziyyət yarana bilər”, – deyə məşqçi bildirib.
Aqil Rəhimov sürücülərin yolun kənarındakı xəttə yaxın, lakin onu tapdalamadan hərəkət etməsinin də müəyyən təhlükəli vəziyyətlərdə manevr imkanı yaratdığını qeyd edib. Xüsusilə soldan sıxışdırılma zamanı sürücünün sağ tərəfdə kifayət qədər məsafə saxlaması qəfil təhlükədən yayınmağa kömək edə bilər.
“İkinci məsləhət çox vacibdir. Məsələn, Ağ Şəhər ərazisinə yaxın avtomobil idarə edirəm və ağ xəttə yaxın hərəkət edirəm. Xətti tapdalamıram, sadəcə ona yaxın gedirəm. Niyə? Çünki sağ tərəfdə müəyyən məsafə saxlayıram. Sürücü soldan sıxışdırıldıqda avtomobili sağa doğru meylləndirərək təhlükədən yayına bilər”, – deyə Aqil Rəhimov vurğulayıb.
Məşqçi sürücülərə zolaq daxilində mövqelərini düzgün seçməyi, digər nəqliyyat vasitələri ilə təhlükəsiz ara məsafəsi saxlamağı və qəfil manevrlərdən çəkinməyi tövsiyə edib. Sürücünün yolda özünə manevr üçün ehtiyat məsafə saxlaması qəza riskinin azaldılmasına kömək edən əsas amillərdən biridir.
Eltac Zülfüqaroğlu
Ekspert qayda pozub statusdan istifadə edən qazilərə çağırış etdi - Bir gün… - VİDEO
Avtomobilin rəngini dəyişmək üçün rüsum nə qədərdir? – VİDEO
Su altında qalan avtomobildə gizli təhlükə: Sürücülərə XƏBƏRDARLIQ
Avtomobilin buferini dəyişmək cəriməyə səbəb olur – QANUN NƏ DEYİR? - VİDEO
Sükan arxasında instinktə güvənmək təhlükəlidir? – AÇIQLAMA - VİDEO
Şəhərlərdə drenaj sistemləri necə inkişaf etdirilməlidir? - EKSPERT
Sığortası bitən avtomobilə görə hansı halda cərimə yazılmır? – VİDEO
Sürücülər bu qayda pozuntusuna görə 150 manat cərimələnəcək - Çoxunun xəbəri yoxdur - VİDEO
Sığortanın bitməsi ilə bağlı SMS gəlməyibsə cərimə yazıla bilər? – AÇIQLAMA - VİDEO
Maşını olanların NƏZƏRİNƏ: Bu nömrələrin dəyişdirilməsi...- RÜSUM NƏ QƏDƏRDİR?
Azərbaycandakı bu qanunda dəyişikliyin edilməsinə ehtiyac var? - AÇIQLAMA












