Maneənin üzərindən keçərkən bu səhvə yol verməyin – TÖVSİYƏ - VİDEO

Avtomobillə hərəkət zamanı yolda rast gəlinən maneələrin üzərindən düzgün keçmək nəqliyyat vasitəsinin asqı sisteminin və digər detallarının zədələnməsinin qarşısını almaq baxımından vacibdir. Bu zaman sürücülərin tələsməməsi və düzgün hərəkət ardıcıllığına əməl etməsi tövsiyə olunur.
Avtosfer.az xəbər verir ki, qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov sürücülərə yolda rast gəlinən maneələrin üzərindən necə keçməli olduqlarını izah edib.
O bildirib ki, avtomobilin qarşısında maneə olduqda sürücü ilk növbədə nəqliyyat vasitəsini maneənin önündə tam dayandırmalıdır. Daha sonra əyləc pedalını buraxaraq avtomobilin maneənin üzərindən ehtiyatla keçməsinə imkan verməli və hərəkətini davam etdirməlidir.
Bu qaydaya əməl etmək avtomobilin asqı sisteminin və ön hissəsindəki mexaniki detalların zədələnməsi riskini azaltmağa kömək edə bilər.
Məşqçi, həmçinin avtomobilini uzun illər təhlükəsiz idarə etmək istəyən sürücüləri qəza əleyhinə kurslarda iştirak etməyə dəvət edib. O vurğulayıb ki, düzgün seçim və son qərar hər bir sürücünün özündən asılıdır.
Eltac Zülfüqaroğlu
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO
Gecə avtomobilin salon işığını yandırmaq təhlükəlidirmi? – ARAŞDIRMA












