Maşına “perekidka” mühərrik quraşdırmağı məsləhət görmürəm – AVTOMOBİL USTASI - FOTO

Avtomobil alarkən ən çox diqqət edilən məqamlardan biri də mühərrikdir. Çünki mühərrik avtomobilin ürəyi hesab olunur və onun dəyişdirilməsi və ya başqa mühərriklə əvəzlənməsi sürücülər üçün ciddi suallar doğurur.
Bəzi sürücülər problemdən çıxış yolu kimi digər ölkələrin, xüsusilə Alman istehsalı mühərriklərdən istifadə edirlər. Lakin mütəxəssislər bunun nə qədər təhlükəsiz olub-olmaması barədə fərqli fikirlər bildirirlər.
Bəs görəsən, avtomobilin orijinal mühərrikini dəyişib başqa mühərrik qoymaq nə dərəcədə məsləhətlidir?
Mövzu ilə bağlı avtomobil ustası Dəniz Ağabəyli Avtosfer.az-a açıqlamsında bildirib ki, elə avtomobillər var ki, mühərrikləri ilə bağlı problemləri olur:

“Bir müddətdən sonra mühərrik sıradan çıxır. Bunlara alternativ olaraq alman mühərrikləri var, həm dizel, həm də benzin mühərriklər qoymaq mümkündür.
“Perekidka” dediyimiz, yəni əlavə olaraq, kəsib hansısa dəmirləri və ya naqilləri dəyişərək qoymaq olar. Təbii ki, mümkündür, amma bu heç də məsləhətli deyil. Belə avtomobillərdə gələcəkdə yaranacaq problemlər daha da çox olur. Avtomobilin naqilləri yenidən əvəz olunduğuna görə avtomobil yanma təhlükəsi ilə üzləşə bilər. Sonradan qoyulan mühərrikdə hansısa bir nasazlığı tapmaq da çox çətin olur. Çünki diaqnostika düzgün nəticə göstərmir, problemin haradan qaynaqlandığını müəyyən etmək olmur.
-base_image.jpg)
Mən usta kimi heç vaxt məsləhət görmərəm ki, avtomobilin orijinal mühərrikinin yerinə hansısa “perekidka” mühərrik qoyulsun. Mən bunun tərəfdarı deyiləm və heç kəsə də məsləhət görmürəm. Əgər məcburiyyət qarşısında qalınarsa, bəli, etmək olar. Amma zərurət yoxdursa, belə dəyişikliklərdən çəkinmək lazımdır. Çünki sonradan qoyulan mühərrik üçün dəmir hissələr kəsilir, mühərrik fərqli dayaqlar üzərində oturdulur, motor ilə qutu arasına plastik parçalar yerləşdirilir. Bu isə gələcəkdə daha ciddi problemlər yarada bilir”.
Eltac Zülfüqaroğlu
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO
Gecə avtomobilin salon işığını yandırmaq təhlükəlidirmi? – ARAŞDIRMA












