Maşında bu sistemin olmaması arxada oturan körpənin həyatını təhlükəyə atır - ARAŞDIRMA

Uşaqlı ailələrin avtomobil seçərkən diqqət etdiyi əsas məqamlardan biri uşaqların təhlükəsizliyidir. Bu baxımdan, beynəlxalq təhlükəsizlik standartlarına cavab verən “Isofix” sistemli avtomobil oturacaqları ideal seçim hesab olunur. Körpə və azyaşlı uşaqların avtomobil səyahətlərində təhlükəsizliyini təmin edən bu sistem son illərdə daha da aktuallaşıb.
Avtosfer.az xəbər verir ki, “Isofix” – avtomobil oturacağının avtomobilə birbaşa və təhlükəsiz şəkildə birləşdirilməsini təmin edən sabit montaj sistemidir.
Bu sistem 2006-cı ildən etibarən istehsal olunan avtomobillərin əksəriyyətində mövcuddur. Ənənəvi təhlükəsizlik kəmərləri ilə quraşdırılan uşaq oturacaqlarında yaranan təhlükəsizlik problemləri və quraşdırma xətaları Isofix vasitəsilə aradan qaldırılıb. Bu sistem uşaq oturacağının həm daha sabit, həm də daha sürətli şəkildə quraşdırılmasına imkan yaradır.

“Isofix” avtomobildə harada yerləşir?
“Isofix” montaj nöqtələri avtomobilin arxa oturacağında, oturacaq yastığı ilə arxa dayaq hissəsi arasında yerləşir. Adətən, arxa oturacaqlarda yerləşən bu montaj nöqtələri uşaq oturacağının sabit şəkildə bərkidilməsini təmin edir. Oturacaq həm avtomobilin hərəkət istiqamətinə, həm də əksinə baxacaq formada quraşdırıla bilər.
“Isofix” necə quraşdırılır?
Uşaq oturacağının “Isofix” vasitəsilə quraşdırılması üçün aşağıdakı addımlar izlənilir:
1)Oturacaq avtomobilin arxa oturacağına düzgün yerləşdirilir;
2)“Isofix” aparatları oturacağın birləşmə yerindəki qarmaqlara bərkidilir;
3)Oturacağın yan kilidləri bağlanır və oturacaq arxaya əyilir.

Əgər avtomobilinizdə “Isofix” sistemi yoxdursa, bu avadanlığı əlavə etmək üçün texniki xidmət mərkəzlərinə müraciət edə bilərsiniz. Bu prosesdə müvafiq xidmət məntəqələrindən öncədən qeydiyyatdan keçmək tövsiyə olunur.
“Isofix” sistemi uşaqlı ailələr üçün nəqliyyat vasitəsi seçimində təhlükəsizlik baxımından əsas kriteriyalardan biri hesab edilir.
Eltac Zülfüqaroğlu
Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər
Ekspert qayda pozub statusdan istifadə edən qazilərə çağırış etdi - Bir gün… - VİDEO
Avtomobilin rəngini dəyişmək üçün rüsum nə qədərdir? – VİDEO
Su altında qalan avtomobildə gizli təhlükə: Sürücülərə XƏBƏRDARLIQ
Avtomobilin buferini dəyişmək cəriməyə səbəb olur – QANUN NƏ DEYİR? - VİDEO
Sükan arxasında instinktə güvənmək təhlükəlidir? – AÇIQLAMA - VİDEO
Şəhərlərdə drenaj sistemləri necə inkişaf etdirilməlidir? - EKSPERT
Sığortası bitən avtomobilə görə hansı halda cərimə yazılmır? – VİDEO
Sürücülər bu qayda pozuntusuna görə 150 manat cərimələnəcək - Çoxunun xəbəri yoxdur - VİDEO
Sığortanın bitməsi ilə bağlı SMS gəlməyibsə cərimə yazıla bilər? – AÇIQLAMA - VİDEO
Maşını olanların NƏZƏRİNƏ: Bu nömrələrin dəyişdirilməsi...- RÜSUM NƏ QƏDƏRDİR?












