Maşından düşmək istəyərkən bu qaydalara əməl edin - VİDEO

Qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov sürücülərə və avtomobildən düşən yolçulara qapıların açılma qaydası barədə vacib tövsiyələr verib.
Avtosfer.az xəbər verir ki, məşqçi Aqil Rəhimov xüsusən şəhər küçələrində və sıx məskunlaşmış ərazilərdə avtomobil qapılarının ehtiyatsız açılması hallarının tez-tez ağır nəticələrə gətirib çıxardığını bildirib.
“Avto FM” radiosunun efirində danışan məşqçi qeyd edib ki, bəzən sürücülər avtomobili yol kənarına yaxın saxlayır, qapı ilə digər nəqliyyat vasitəsi arasında cəmi yarım–bir metr aralıq qalır:
"Bu halda qapı qəflətən açılarsa, arxadan gələn avtomobil əksər hallarda sərnişini görə bilmir və toqquşma qaçılmaz olur. Nəticədə həm piyada, həm də sürücü üçün ciddi xəsarət riski yaranır.
Aqil Rəhimovun tövsiyəsi belədir: qapını bir anda tam açmaq olmaz — əvvəlcə qapını azca (təxminən 10 sm) açıb güzgüyə və ətrafda yolun vəziyyətinə baxın, yalnız təhlükəsizlik təmin olunduqdan sonra qapını tam açın. Belə hərəkət sürücünü və piyadanı qəfil zərbədən qoruyur və yolda baş verə biləcək fəsadların qarşısını alır".
O vurğulayıb ki, bu sadə vərdişə çevrilsə, qəza hallarının sayı xeyli azalacaq: “Bir balaca açırsan, güzgüyə baxırsan, sonra tam açırsan — bu, vərdişə çevrilməlidir.”
Məşqçi həmçinin diqqətə çatdırıb ki, dar küçələrdə və sıx hərəkətdə qapı açarkən daha da ehtiyatlı olmaq lazımdır, çünki qəfil açılan qapı həm ön, həm də arxa avtomobillərə zərbə vura və zəncirvari qəzalara səbəb ola bilər. Sürücülərə və sərnişinlərə yol hərəkəti qaydalarına riayət etməyi və təhlükəsizliyi prioritet tutmağı tövsiyə edib.
Eltac Zülfüqaroğlu
Ekspert qayda pozub statusdan istifadə edən qazilərə çağırış etdi - Bir gün… - VİDEO
Avtomobilin rəngini dəyişmək üçün rüsum nə qədərdir? – VİDEO
Su altında qalan avtomobildə gizli təhlükə: Sürücülərə XƏBƏRDARLIQ
Avtomobilin buferini dəyişmək cəriməyə səbəb olur – QANUN NƏ DEYİR? - VİDEO
Sükan arxasında instinktə güvənmək təhlükəlidir? – AÇIQLAMA - VİDEO
Şəhərlərdə drenaj sistemləri necə inkişaf etdirilməlidir? - EKSPERT
Sığortası bitən avtomobilə görə hansı halda cərimə yazılmır? – VİDEO
Sürücülər bu qayda pozuntusuna görə 150 manat cərimələnəcək - Çoxunun xəbəri yoxdur - VİDEO
Sığortanın bitməsi ilə bağlı SMS gəlməyibsə cərimə yazıla bilər? – AÇIQLAMA - VİDEO
Maşını olanların NƏZƏRİNƏ: Bu nömrələrin dəyişdirilməsi...- RÜSUM NƏ QƏDƏRDİR?
Azərbaycandakı bu qanunda dəyişikliyin edilməsinə ehtiyac var? - AÇIQLAMA












