Maşının texniki mayeləri hansı müddətdə dəyişdirilməlidir? – SÜRÜCÜLƏRƏ XƏBƏRDARLIQ - VİDEO

Qış mövsümü avtomobilin mühərrik yağına, soyutma sisteminə və digər vacib texniki mayelərə təsir göstərə bilər. Buna görə də yazda avtomobilinizin texniki mayelərini yoxlamaq və lazım gələrsə, dəyişmək vacibdir.
Avtosfer.az xəbər verir ki, mühərrik yağının dəyişdirilməsi avtomobilin uzunömürlü olması və optimal işləməsi üçün əsas şərtlərdən biridir. Yağı hər 7500 km-dən bir və ya istehsalçının tövsiyə etdiyi müddətə uyğun yeniləmək tövsiyə olunur. Bununla yanaşı, əyləc sisteminin təhlükəsiz işləməsini təmin etmək üçün əyləc mayesi hər iki ildən bir və ya 40 000 km-dən sonra dəyişdirilməlidir. Sükan sisteminin rahat işləməsi üçün isə sükan mayesinin 60 000 km-dən bir yenilənməsi vacibdir.
Sürət qutusunun sağlamlığına diqqət yetirmək də vacibdir. Mexaniki sürət qutusu olan avtomobillərdə yağın 30 000 km-dən bir, avtomatik sürət qutusunda isə 60 000 km-dən bir dəyişdirilməsi məsləhət görülür. Eyni zamanda, mühərrikin həddindən artıq qızmasının qarşısını almaq üçün soyutma mayesinin hər iki ildən bir yenilənməsi lazımdır.
Mühərrikin sabit işləməsini təmin etmək üçün drossel qapaqları hər 40 000 km-dən bir təmizlənməli və ya dəyişdirilməlidir. Bundan başqa, yanacaq sisteminin effektiv işləməsi üçün mühərrikin koksdan təmizlənməsi də vacibdir və bu prosesin hər 60 000 km-dən bir aparılması tövsiyə edilir.
Bu qaydalara əməl edərək avtomobilinizin ömrünü uzada və sürüş zamanı təhlükəsizliyi təmin edə bilərsiniz. Avtomobilinizin texniki xidmətini vaxtında etdirməyi unutmayın.
Eltac Zülfüqaroğlu
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO
Gecə avtomobilin salon işığını yandırmaq təhlükəlidirmi? – ARAŞDIRMA












