Maşının yanacaq sərfiyyatını bu üsullarla azaltmaq daha asandır – Sürücülərə TÖVSİYƏ

Avtomobil sahibləri üçün həm büdcəyə, həm də ətraf mühitə birbaşa təsir edən ən vacib məsələlərdən biri məhz yanacağın normadan artıq sərfiyyatıdır.
Avtosfer.az xəbər verir ki, yanacaq çox sərf edən avtomobillər sürücülərin xərclərini artırmaqla yanaşı, ətraf mühitə də zərər vurur. Bu səbəbdən mütəxəssislər yanacağa qənaət etməyin bir neçə sadə yolunu açıqlayıblar.
Onların sözlərinə görə, sürət həddinə riayət etmək yanacaq qənaətinin əsas şərtlərindən biridir. Şəhər içində və magistral yollarda qaydalara əməl etməklə həm təhlükəsizlik artır, həm də yanacaq az sərf olunur. Bundan başqa, təkərlərin təzyiqinin istehsalçı tərəfindən göstərilən normalarda saxlanılması mühərrikin daha az güc sərf etməsinə və qənaətə kömək edir.
Mütəxəssislər bildirirlər ki, avtomobilin baqajında və salonunda daşınan artıq çəkilər də yanacaq sərfiyyatını yüksəldən əsas səbəblərdəndir. Lazımsız yüklərdən qurtulmaq mühərrikin işini asanlaşdırır və xərcləri azaldır. Eyni zamanda kondisioner və digər elektrik avadanlıqlarından yalnız zəruri hallarda istifadə edilməlidir. Onların lazımsız yerə açıq qalması əlavə yanacaq sərfinə gətirib çıxarır.
Aqressiv sürmə tərzi də yanacaq istehlakını artırır. Qəfil startlar, sərt əyləclər əvəzinə daha hamar və balanslı idarəetmə həm mühərrikin ömrünü uzadır, həm də yanacaq qənaətini təmin edir. Texniki baxım da vacib amillərdəndir. Mühərrik yağı, hava filtrləri və qığılcım şamlarının vaxtında dəyişdirilməsi avtomobilin səmərəli işləməsini təmin edir.
Digər mühüm məqamlardan biri isə avtomobili uzun müddət boş rejimdə işlətməməkdir. Boş yerə işləyən mühərrik yanacağın artıqlaması ilə sərf olunmasına səbəb olur. Bu halda mühərriki söndürüb, lazım olduqda yenidən işə salmaq daha qənaətcil hesab edilir.
Mütəxəssislərin qənaətinə görə, sadalanan bu tədbirlər gündəlik istifadə zamanı tətbiq olunsa, sürücülərin xərcləri xeyli azalacaq və eyni zamanda ətraf mühitin qorunmasına da müsbət təsir göstərəcək.
Eltac Zülfüqaroğlu
Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər
Ekspert qayda pozub statusdan istifadə edən qazilərə çağırış etdi - Bir gün… - VİDEO
Avtomobilin rəngini dəyişmək üçün rüsum nə qədərdir? – VİDEO
Su altında qalan avtomobildə gizli təhlükə: Sürücülərə XƏBƏRDARLIQ
Avtomobilin buferini dəyişmək cəriməyə səbəb olur – QANUN NƏ DEYİR? - VİDEO
Sükan arxasında instinktə güvənmək təhlükəlidir? – AÇIQLAMA - VİDEO
Şəhərlərdə drenaj sistemləri necə inkişaf etdirilməlidir? - EKSPERT
Sığortası bitən avtomobilə görə hansı halda cərimə yazılmır? – VİDEO
Sürücülər bu qayda pozuntusuna görə 150 manat cərimələnəcək - Çoxunun xəbəri yoxdur - VİDEO
Sığortanın bitməsi ilə bağlı SMS gəlməyibsə cərimə yazıla bilər? – AÇIQLAMA - VİDEO
Maşını olanların NƏZƏRİNƏ: Bu nömrələrin dəyişdirilməsi...- RÜSUM NƏ QƏDƏRDİR?












