Maşınsız qalan parislilər və ya fransızları necə geridə qoyduq?

Bu statistika kiməsə qəribə gələ bilər, amma reallıqdır.
Avtosfer.az Paris meriyasının saytına istinadla xəbər verir ki, parislilərin 66 faizinin şəxsi avtomobili yoxdur. Avtomobilsiz ailələrin sayı ilbəil artır. Halbuki, 50 əvvəl əhalinin 60 faizdən çoxunun avtomobil vardı. Ailələrin cəmi 5 faizinin 2 və daha artıq avtomobili var.
Parisin mərkəzi hissəsində əhali əsasən piyada gəzməyə və metrodan istifadəyə üstünlük verir. Avtomobil sahiblərinin cəmi 30 faizi işə şəxsi maşınla gedir. 30 il əvvəl milyondan çox avtomobil olan şəhərdə indi təxminən 430 min avtomobil qalıb. Avropanın iqtisadi gücünə görə ikinci ölkəsinin paytaxtında əhali nə üçün avtomobildən üz döndərir?
Parisdə avtomobil sayının azalmasının başlıca səbəbi ictimai nəqliyyatın mükəmməl işidir. Metro, avtobus, tramvay və şəhərdaxili qatarların hərəkəti sinxronlaşdırılıb. Şəhər daxilində avtomobillə hərəkət edərək əlavə xərc çəkməyə ehtiyac qalmayıb.
Parkalma yerlərinin azlığı, bahalı yanacaq və sığorta da parislilərin seçiminə təsir edir. Lakin ən əsası, ictimai nəqliyyatın yaxşı işləməsidir.
Azərbaycana gəlincə. Sovet dövründə hər min nəfərə düşən avtomobil sayına görə müttəfiq respublikalar arasında sondan ikinci yerdə dayanan Azərbaycanda son 10 ildə avtomobilləşmə dönməyən prosesə çevrilib. Əgər Paris küçələrində hər il avtomobillər və parkinqlər azalırsa, Bakıda bunun əksi müşahidə edilir. Paytaxtımızdakı avtomobil sayı Parisdən azı 2 dəfə çoxdur. Yenə də səbəb ictimai nəqliyyatdır.
Vüqar
Sürücülər bu qayda pozuntusuna görə 150 manat cərimələnəcək - Çoxunun xəbəri yoxdur - VİDEO
Sığortanın bitməsi ilə bağlı SMS gəlməyibsə cərimə yazıla bilər? – AÇIQLAMA - VİDEO
Maşını olanların NƏZƏRİNƏ: Bu nömrələrin dəyişdirilməsi...- RÜSUM NƏ QƏDƏRDİR?
Azərbaycandakı bu qanunda dəyişikliyin edilməsinə ehtiyac var? - AÇIQLAMA
Maneənin üzərindən keçərkən bu səhvə yol verməyin – TÖVSİYƏ - VİDEO
Bu ölkədə şagirdlərə qarşı fiziki gücdən istifadə qanuniləşdirilir
Dönmə zamanı bu səhv tıxaca səbəb olur: Sürücülərə XƏBƏRDARLIQ – VİDEO
Bu küçədə yaşıl işıq yanan kimi tələsməyin: Qəza riski var – VİDEO
Sığortası olmayan maşın qəzaya düşsə, cərimə oluna bilər? - İZAH - VİDEO
Vətəndaşlar COVID-19 pandemiyasından dərs götürməyib - HƏKİM
Xətai prospektində kəsişmənin yeni sxemi necə işləyir? – AÇIQLAMA - VİDEO












