Məhəllə daxilində yol üstünlüyü necə müəyyən olunur? – İZAH – VİDEO

Məhəllə daxilində bəzi sürücülər yol üstünlüyünün avtomobilin markası, dövlət qeydiyyat nişanı və ya həmin ərazidə daha uzun müddət yaşamaqla müəyyənləşdiyini düşünürlər. Lakin yol hərəkəti qaydaları bu məsələdə konkret tələblər müəyyən edir.
Avtosfer.az xəbər verir ki, qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov məhəllə daxilində hərəkət zamanı sürücülərin riayət etməli olduğu qaydalarla bağlı fikirlərini bölüşüb.
Mütəxəssis bildirib ki, məhəllə daxilində də yol hərəkəti qaydaları tam şəkildə qüvvədədir və başqa üstünlük müəyyən edən nişan yoxdursa, sağdan gələn nəqliyyat vasitəsinə yol verilməlidir:
“Bəzi sürücülər elə fikirləşirlər ki, məhəllənin içində kim birinci tərpəndisə, o gedə bilər. Əslində belə deyil. Məhəllə daxilində də yol hərəkəti qaydaları işləyir. Dönmə işıqlarını yandırmaq lazımdır. Başqa nişanlar yoxdursa, yol sağdan gələnindir”.
Aqil Rəhimov qeyd edib ki, məhəllə daxilində də “Stop” və “Yol ver” kimi üstünlük nişanları quraşdırıla bilər. Bu halda sürücülər həmin nişanların tələblərinə uyğun hərəkət etməlidirlər.
“Məhəllədə yol avtomobilin markasından, modelindən və nömrəsindən asılı deyil. Sağdan gələn avtomobili buraxırıq, ondan sonra qaydalara uyğun hərəkət edirik”, – deyə mütəxəssis vurğulayıb.
Eltac Zülfüqaroğlu
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO
Gecə avtomobilin salon işığını yandırmaq təhlükəlidirmi? – ARAŞDIRMA












