Mərkəzi Parkın infrastrukturu necə dəyişdirilməlidir? - EKSPERT

Nyu-Yorkun “Central Parkı” və Bakının Mərkəzi Parkı arasında kı fərq təkcə parkın ölçüsü deyil.
Avtosfer.az xəbər verir ki, bu fikirləri öz sosial şəbəkə hesabında nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib. O qeyd edib ki, Nyu-Yorkun “Central Parkı” 3,41 km² ərazini əhatə edir. Uzunluğu təxminən 4 km, eni 800 metrdir. Parkın daxili yollarının ümumi uzunluğu isə təxminən 9,7 km-dir. Parka doğru 50-dən çox işıqfor və çoxsaylı piyada keçidləri mövcuddur.

“Bakı Mərkəzi Parkında isə parkı əhatə edən 4 küçədə cəmi 9 işıqfor var. Əlbəttə, ölçülər və şəhər strukturu fərqlidir. Amma burada diqqət çəkən əsas məsələ piyadaların parka giriş-çıxışının və park daxilində hərəkətinin necə təşkil olunmasıdır.
Mərkəzi Parkın şəhər mühitinə inteqrasiyasını artırmaq üçün:
küçələrdə svetoforla tənzimlənən keçidlərin və “zebra”ların sayı artırılmalı;
parkın müxtəlif hissələrini birləşdirən fasiləsiz piyada əlaqələri yaradılmalı;
relyef nəzərə alınaraq sərt mailliklər mərhələli döngələrlə və daha yumşaq eniş-yoxuşlarla həll edilməlidir.
Çünki parkda əlçatanlıq yalnız pandus qoymaqdan ibarət deyil. İnsan girişdən təyinat nöqtəsinə qədər yorulmadan, təhlükəsiz və rahat hərəkət edə bilməlidir. Hazırkı relyef və məsafələr bəzi istiqamətlərdə hətta fiziki cəhətdən sağlam insan üçün hərəkəti yorucu edir. Bu isə yaşlılar, uşaqlar, uşaq arabası ilə hərəkət edənlər və hərəkət məhdudiyyətli şəxslər üçün daha böyük maneə yaradır. Mərkəzi Park şəhərin ortasında sadəcə yaşıllıq sahəsi deyil. O, piyada şəbəkəsinin bir hissəsidir və bu baxımdan əlçatanlıq ayrıca planlaşdırılmalıdır”.
Səfər
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO
Gecə avtomobilin salon işığını yandırmaq təhlükəlidirmi? – ARAŞDIRMA



















