Mühərrik mayesinin səviyyəsinin azalması maşında hansı problemlərə səbəb olur? – ARAŞDIRMA - FOTO

Avtomobillərdə mühərrikin maye itirməsi problemi sürücülərin tez-tez rastlaşdığı hallardan biridir. Mütəxəssislər bildirirlər ki, mühərrikin soyuducu maye itirməsi adi və normal hal deyil. Bu, sızmadan xəbər verir və problemin əsas səbəbləri vaxtında araşdırılmalıdır.
Avtosfer.az xəbər verir ki, mühərrik suyunun səviyyəsinin azalması birbaşa olaraq sistemdə nasazlıq olduğunu göstərir. Bu nasazlıqlar arasında ən çox rast gəlinənlər bunlardır:
1)Radiator qapağında problem (çatlayıb və ya kipləşdirici sıradan çıxıb);
2)Radiator və ya genişləndirici qabda çat, deşik və ya sızma;
3)Qol borularda boşluq, deşik və ya çat;
4)Silindrlər başlığının kipləşdirici araqatında yanma və ya ərimə;
5)Boru birləşmələrinin boşalması və ya korroziyası.

Mühərrikdə soyuducu mayenin niyə azaldığını müəyyən etmək üçün avtomobili yerində işlədib vaxtaşırı qaz verərək su itkisini müşahidə etmək mümkündür. Əgər su avtomobilin altına axırsa, sızma ehtimalı yüksəkdir. Əgər yanma kamerasına gedirsə, bu, daha ciddi texniki problemə işarə edir və dərhal mütəxəssis müdaxiləsi tələb olunur.
Qeyd edilməlidir ki, su itkisi davamlı olduqda mühərrikin qızması, yağın su ilə qarışması və nəticədə daha böyük və bahalı problemlər yarana bilər. Suyun azaldığını hiss etdikdə, əlavə su tökməklə kifayətlənmək olmaz. Əsas məsələ problemin mənbəyini tapmaq və aradan qaldırmaqdır.

Mütəxəssislər xəbərdarlıq edir ki, bu cür hallarda peşəkar texniki baxış vacibdir. Əks halda, sadə görünən bir nasazlıq avtomobilin mühərrik sistemində ciddi fəsadlara səbəb ola bilər.
Eltac Zülfüqaroğlu
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO
Gecə avtomobilin salon işığını yandırmaq təhlükəlidirmi? – ARAŞDIRMA












