Mühərriki qızdırmaq vacibdirmi? - “3 saniyə qaydası”ndan XƏBƏRDAR OLUN

Soyuq havalarda mühərriki qızdırmaq məsələsi daim sürücülərin əsassız mübahisə mövzusudur. Ekoloqlar bunun zərərli olduğunu desələr də, mexanika və fizika qanunları başqa şey deyir. Mütəxəssislər birmənalı şəkildə mühərrikin qızdırılmasının tərəfdarıdır. Lakin müəyyən həddə. İndi soyuq mühərriki qoyaq bir kənara.
Avtosfer.az xəbər verir ki, bir çox sürücü mühərriki işə salan kimi hərəkətə başlayır. Avtomobil konstruktorları isə isti mühərriki də işə saldıqdan sonra azı 3 saniyə gözləməyi tövsiyə edirlər.
Çünki ən müasir avtomobildə də ən yaxşı yağın bütün detallara paylanması müəyyən qədər vaxt alır. İsti mühərrik aşağı rejimdə 3-5 saniyə işlədikdə bütün detallara yağ çatır. Bu da sürtünən detalları qızma və ifrat aşınmadan qoruyur.
Eyni hal sürət qutusuna da aiddir. Hərəkətə bir neçə saniyə gec və aşağı tempdə başlamaq bütün detalların normal yağlanmasını təmin edir.
Sürücü təmkinlə davransa əsas detallar normal yağlanacaq və daha uzun müddət xidmət edəcək.
Vüqar Yaşaroğlu
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO
Gecə avtomobilin salon işığını yandırmaq təhlükəlidirmi? – ARAŞDIRMA












