Parkinq zamanı bu səhvə yol verənlər avtomobilin ömrünü qısaldır – SÜRÜCÜLƏRƏ XƏBƏRDARLIQ

Avtomobili park etmək sadə bir hərəkət kimi görünsə də, əslində düzgün yerinə yetirilmədikdə avtomobilin ömrünü azalda və ciddi nasazlıqlara səbəb ola bilər.
Avtosfer.az xəbər verir ki, İspaniyanın tanınmış mexaniki sürücülərin parkinq zamanı buraxdığı ümumi səhvləri açıqlayaraq xəbərdarlıq edib.
Mütəxəssisin sözlərinə görə, ən çox edilən səhvlərdən biri dayanacaq əyləcini çəkmədən avtomobili sürət qutusunda saxlamaqdır. Bu, ötürmə sisteminə və transmissiyaya artıq gərginlik salır. Xüsusilə avtomatik transmissiyalı avtomobillərdə bu, “P” rejimindəki bağlama sancağının zədələnməsinə və bahalı təmirə gətirib çıxara bilər.
Digər geniş yayılmış səhv isə təkərləri tam döndərilmiş vəziyyətdə saxlamaqdır. Mütəxəssis bildirir ki, bu vəziyyət dar küçələrdə təkərin və sükan sisteminin zədələnməsi riskini artırır. Həmçinin avtomobili bordürə çıxarmaq və ya təkəri bordürə sıxmaq təkərlərin deformasiya olmasına və partlama təhlükəsinə səbəb ola bilər.
Mexanik həmçinin avtomobilin uzun müddət hərəkətsiz qalmasının da təhlükəli olduğunu deyib. Bu halda həm batareya boşalır, həm də asma sistemindəki rezin hissələr sərtləşərək deformasiyaya uğrayır.
Mütəxəssis son olaraq xəbərdarlıq edib ki, avtomobili yuduqdan və ya güclü əyləcdən dərhal sonra park əyləcini çəkmək olmaz. Çünki nəm əyləc diskləri soyuyarkən pas bağlaya və yastıqlar disklərə “yapışa” bilər.
Parkinq zamanı hər zaman dayanacaq əyləcindən istifadə etsinlər, təkərləri düz vəziyyətdə saxlasınlar və avtomobillərini uzun müddət hərəkətsiz buraxmasınlar.
Eltac Zülfüqaroğlu
Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər
Ekspert qayda pozub statusdan istifadə edən qazilərə çağırış etdi - Bir gün… - VİDEO
Avtomobilin rəngini dəyişmək üçün rüsum nə qədərdir? – VİDEO
Su altında qalan avtomobildə gizli təhlükə: Sürücülərə XƏBƏRDARLIQ
Avtomobilin buferini dəyişmək cəriməyə səbəb olur – QANUN NƏ DEYİR? - VİDEO
Sükan arxasında instinktə güvənmək təhlükəlidir? – AÇIQLAMA - VİDEO
Şəhərlərdə drenaj sistemləri necə inkişaf etdirilməlidir? - EKSPERT
Sığortası bitən avtomobilə görə hansı halda cərimə yazılmır? – VİDEO
Sürücülər bu qayda pozuntusuna görə 150 manat cərimələnəcək - Çoxunun xəbəri yoxdur - VİDEO
Sığortanın bitməsi ilə bağlı SMS gəlməyibsə cərimə yazıla bilər? – AÇIQLAMA - VİDEO
Maşını olanların NƏZƏRİNƏ: Bu nömrələrin dəyişdirilməsi...- RÜSUM NƏ QƏDƏRDİR?












