Parkinq zamanı sürücülərin etdiyi bu səhv qəzaya səbəb olur - VİDEO

Qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov dayanacaqlarda tez-tez rast gəlinən bir vəziyyətə diqqət çəkib və bildirib ki, sürücülər belə məkanlarda da yol hərəkəti qaydalarının eyni tətbiq olunduğunu unutmamalıdırlar.
Avtosfer.az xəbər verir ki, onun sözlərinə görə, yaxın günlərdə parkinqdə baş verən toqquşma zamanı sürücülər uzun müddət günahın kimdə olması ilə bağlı mübahisə ediblər. Aqil Rəhimov bu kimi mübahisələrin səbəbinin əsasən qaydaların düzgün bilinməməsindən qaynaqlandığını deyib.
Məşqçi xüsusilə yeni sürücülərə xatırladıb ki, dayanacaqlarda nişanlar quraşdırılmayıbsa, burada da “sağ əlin qaydası” keçərlidir. Yəni, üstünlüyü göstərən nişanlar yoxdursa, sağdan gələn sürücünü buraxmaq lazımdır. O qeyd edib ki, sağdan gələn nəqliyyat vasitəsinə yol verilmədiyi üçün dayanacaqlarda belə qəzalar tez-tez baş verir.
Aqil Rəhimov sürücülərə diqqətli olmağı, xüsusən də qapalı və dar məkanlarda hərəkət edərkən sağa baxmağı, manevrləri ehtiyatla etməyi tövsiyə edib:
“Sağdan gələn sürücünü buraxmaq lazımdır ki, qəzaya düşməyəsiniz”, – deyə o vurğulayıb.
Eltac Zülfüqaroğlu
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO
Gecə avtomobilin salon işığını yandırmaq təhlükəlidirmi? – ARAŞDIRMA












