Parkinqdən çıxarkən bu səhvə yol verən sürücülər piyadaları vurur - VİDEO

Avtoomobillə geriyə hərəkət edərkən sürücülərin yol verdiyi bir səhv ağır yol-nəqliyyat hadisələrinə səbəb ola bilər.
Avtosfer.az xəbər verir ki, qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov bu məsələ ilə bağlı sürücülərə mühüm xəbərdarlıq edib.
Mütəxəssisin sözlərinə görə, bir çox sürücü parkinqdən çıxarkən avtomobili geriyə hərəkət etdirməli olur və bu zaman yalnız sağ tərəfə baxmaqla kifayətlənir. Lakin avtomobilin sol arxa hissəsində yerləşən və “kor zona” adlanan sahədə hərəkət edən piyadalar sürücünün diqqətindən yayına bilər. Bu isə xüsusilə yaşlı şəxslərin və uşaqların vurulması riskini artırır.
Aqil Rəhimov bildirib ki, təhlükəsiz şəkildə parkinqdən çıxmaq üçün iki düzgün üsul var. Birinci halda, sürücü maşını geriyə verərkən yalnız sağa baxmamalı, eyni zamanda hər 1–2 saniyədən bir sol yan güzgüyə də nəzər salmalıdır. İkinci və daha təhlükəsiz üsul isə arxa görüntü kamerasından istifadə etməkdir.
Məşqçinin sözlərinə görə, 180 dərəcə bucaqla görüntü verən kameralar həm sağ, həm də sol tərəfi tam şəkildə göstərir və kor zonanı minimuma endirir. Bu cür texniki vasitələrdən düzgün istifadə edilmədikdə, solda hərəkət edən piyadanın, xüsusilə gözə çarpmayan nöqtədə olan şəxsin vurulması ehtimalı artır.
Mütəxəssis sürücüləri diqqətli olmağa çağıraraq qeyd edib ki, dayanacaqdan çıxış zamanı bir tərəfin daim nəzarətdə saxlanılması həyat qurtara bilər.
Eltac Zülfüqaroğlu
Ekspert qayda pozub statusdan istifadə edən qazilərə çağırış etdi - Bir gün… - VİDEO
Avtomobilin rəngini dəyişmək üçün rüsum nə qədərdir? – VİDEO
Su altında qalan avtomobildə gizli təhlükə: Sürücülərə XƏBƏRDARLIQ
Avtomobilin buferini dəyişmək cəriməyə səbəb olur – QANUN NƏ DEYİR? - VİDEO
Sükan arxasında instinktə güvənmək təhlükəlidir? – AÇIQLAMA - VİDEO
Şəhərlərdə drenaj sistemləri necə inkişaf etdirilməlidir? - EKSPERT
Sığortası bitən avtomobilə görə hansı halda cərimə yazılmır? – VİDEO
Sürücülər bu qayda pozuntusuna görə 150 manat cərimələnəcək - Çoxunun xəbəri yoxdur - VİDEO
Sığortanın bitməsi ilə bağlı SMS gəlməyibsə cərimə yazıla bilər? – AÇIQLAMA - VİDEO
Maşını olanların NƏZƏRİNƏ: Bu nömrələrin dəyişdirilməsi...- RÜSUM NƏ QƏDƏRDİR?
Azərbaycandakı bu qanunda dəyişikliyin edilməsinə ehtiyac var? - AÇIQLAMA












