Payızda bunu etməsəniz, avtomobilin detalları korroziyaya uğraya bilər - ARAŞDIRMA

Yay aylarından sonrakı dövrdə avtomobil sahiblərinin ən çox rastlaşdığı problemlərdən biri yağıntılardan sonra yollarda və avtomobillərin parklandığı hissələrdən maşının üstünə və digər detallarına yığılan yad cisimlərdir.
Avtosfer.az xəbər verir ki, bu amillər avtomobillərin həm texniki vəziyyətinə, həm də uzunömürlülüyünə ciddi zərər vura bilər. Xüsusən də kuzovun üzərində əmələ gələn kir təbəqəsi, yarpaqların altında yığılan nəm və yollarda səpilən kimyəvi maddələr avtomobilin korroziyaya uğramasına səbəb olur.
Bildirilib ki, payız aylarında avtomobilin faralarında və güzgülərində toplanan kir görmə bucağını azaldaraq sürücülük təhlükəsizliyinə də təsir göstərir. Bu səbəbdən avtomobillərin müntəzəm yuyulması təkcə estetik görüntü üçün deyil, həm də bahalı təmir xərclərindən qaçmaq üçün vacib hesab olunur.
Mütəxəssislər sürücülərə həftədə ən azı bir dəfə avtomobillərini yumağı tövsiyə edirlər. Xüsusilə torpaq və yaş yollarda hərəkət edən nəqliyyat vasitələrinin karopka və təkərlərinin əlavə təmizlənməsi zəruridir. Eyni zamanda, açıq havada və ya ağacların altında park edilən avtomobillərdə yarpaq və qumun yığıldığı hissələrin təmizlənməsi mütləqdir.
Qeyd olunub ki, avtomobili səyahətdən dərhal sonra, mühərrik hələ isti ikən yumaq düzgün deyil, çünki ani temperatur dəyişikliyi boyaya zərər verə bilər. Ən ideal seçim buludlu və ya kölgəli havada yuyulmadır. Kirin ən çox toplandığı təkərlər və qanadlar xüsusi şampunlarla təmizlənməli, avtomobil isə mikrofiber parça ilə qurudulmalıdır. Əlavə qoruma üçün isə mum və ya hidrofobik örtükdən istifadə etmək tövsiyə olunur.
Mütəxəssislər vurğulayırlar ki, payızda müntəzəm avtomobil yuyulması yalnız korroziyanın qarşısını almır, həm də avtomobilin dəyərini qoruyur. Təmiz faralar və güzgülər isə sürücülük zamanı daha aydın görmə imkanı yaradaraq təhlükəsizliyi artırır. Bu baxımdan, payız mövsümündə avtomobilin vaxtında təmizlənməsi ən vacib texniki xidmət addımlarından biri kimi dəyərləndirilir.
Eltac Zülfüqaroğlu
Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər
Ekspert qayda pozub statusdan istifadə edən qazilərə çağırış etdi - Bir gün… - VİDEO
Avtomobilin rəngini dəyişmək üçün rüsum nə qədərdir? – VİDEO
Su altında qalan avtomobildə gizli təhlükə: Sürücülərə XƏBƏRDARLIQ
Avtomobilin buferini dəyişmək cəriməyə səbəb olur – QANUN NƏ DEYİR? - VİDEO
Sükan arxasında instinktə güvənmək təhlükəlidir? – AÇIQLAMA - VİDEO
Şəhərlərdə drenaj sistemləri necə inkişaf etdirilməlidir? - EKSPERT
Sığortası bitən avtomobilə görə hansı halda cərimə yazılmır? – VİDEO
Sürücülər bu qayda pozuntusuna görə 150 manat cərimələnəcək - Çoxunun xəbəri yoxdur - VİDEO
Sığortanın bitməsi ilə bağlı SMS gəlməyibsə cərimə yazıla bilər? – AÇIQLAMA - VİDEO
Maşını olanların NƏZƏRİNƏ: Bu nömrələrin dəyişdirilməsi...- RÜSUM NƏ QƏDƏRDİR?












