Piyada keçidində ən böyük təhlükə nədir? - İZAH - VİDEO

Piyadaların yol hərəkəti zamanı yol verdiyi ən ciddi səhvlərdən biri təhlükənin gəldiyi istiqamətə diqqət yetirməmələridir. Bu isə yol-nəqliyyat hadisələrinin baş vermə riskini əhəmiyyətli dərəcədə artırır.
Avtosfer.az xəbər verir ki, bu fikirləri qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov bildirib.
Onun sözlərinə görə, bir çox piyada yolu keçərkən yalnız qarşısına baxır və ya tamamilə başqa istiqamətə diqqət yetirir. Nəticədə yaxınlaşan avtomobili görmür, qəza baş verdikdə isə hadisə ilə bağlı heç bir məlumat verə bilmir.
“Piyadalar qayda pozmağı bir kənara qoyaq, onların əsas problemi təhlükənin gəldiyi istiqamətə baxmamalarıdır. Yol keçərkən avtomobil tərəfə diqqət yetirmirlər. Belə olduqda qəza baş verir və sonradan onlardan avtomobilin markasını, rəngini və ya dövlət qeydiyyat nişanını soruşanda heç nə xatırlamırlar. Çünki ümumiyyətlə həmin istiqamətə baxmayıblar”, – deyə Aqil Rəhimov vurğulayıb.
Mütəxəssis sürücülərə də müraciət edərək, xüsusilə yaşayış məntəqələrində, piyada keçidlərinə və avtomobillərin, ağacların görünüşü məhdudlaşdırdığı ərazilərə yaxınlaşarkən sürəti azaltmağı və son dərəcə ehtiyatlı olmağı tövsiyə edib.
“İstənilən an ağacın, dayanmış avtomobilin və ya digər maneənin arxasından qəflətən piyada yola çıxa bilər. Buna görə sürücülər daim belə riskləri nəzərə almalıdırlar”, – deyə o əlavə edib.
Piyadaların təhlükəsizliyi ilk növbədə onların öz davranışından asılıdır. Yol keçməzdən əvvəl hər iki istiqamətə diqqətlə baxmaq, yaxınlaşan nəqliyyat vasitəsinin sürətini düzgün qiymətləndirmək və yalnız təhlükəsiz olduğuna əmin olduqdan sonra hərəkətə başlamaq ağır yol qəzalarının qarşısını ala bilər.
Mütəxəssis sonda vurğulayıb ki, piyadaları qorumaq həm onların, həm də sürücülərin faciə ilə üzləşməsinin qarşısını almaq baxımından böyük əhəmiyyət daşıyır.
Eltac Zülfüqaroğlu
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO
Gecə avtomobilin salon işığını yandırmaq təhlükəlidirmi? – ARAŞDIRMA












