Piyadaların bu addımı qəza ilə nəticələnə bilər – Sürücülər bu təhlükəni görmür - VİDEO

Yol hərəkətində təhlükə hər zaman göz önündə olmur. Bəzən sürücünün təhlükəsiz hesab etdiyi vəziyyət qəfil qəza riski yarada bilər. Xüsusilə yolun hərəkət hissəsində dayanan piyadaların davranışını əvvəlcədən düzgün qiymətləndirmək vacibdir.
Avtosfer.az xəbər verir ki, qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov bildirib ki, sürücülər yolun ortasında dayanan piyadanın təhlükə yaratmadığını düşünə bilərlər. Məsələn, piyada qarşıdan gələn nəqliyyat vasitələrinə baxaraq dayanıbsa və üzü sürücüyə tərəf deyilsə, ilk baxışdan onun hərəkət istiqamətində problem olmadığı düşünülür.
Lakin bu vəziyyətdə də risk mövcuddur. Piyada qarşıdan gələn avtomobildən ehtiyatlanaraq qəfil bir addım geri ata bilər. Əgər həmin anda sürücü yüksək sürətlə hərəkət edirsə və sağ tərəfində başqa avtomobil varsa, piyadadan yayınmaq üçün kifayət qədər manevr imkanları qalmır.
Belə hallarda sürücü təhlükəni əvvəlcədən görməli, sürəti azaltmalı və mümkün qədər təhlükəsiz məsafə saxlamalıdır. Həmçinin avtomobili bir qədər sağa yönəltməklə piyadanın qəfil geriyə addım atması halında onun avtomobilin hərəkət trayektoriyasına düşməsinin qarşısını almaq mümkündür.
Mütəxəssis qeyd edir ki, təhlükəsiz sürücülük yalnız qarşıdakı maneəni görmək deyil, digər yol iştirakçısının növbəti addımını əvvəlcədən təxmin etməkdir. Bu səbəbdən piyadanın hərəkəti qeyri-müəyyəndirsə, sürəti azaltmaq və qəza ehtimalına qarşı hazır olmaq ən doğru seçimdir.
Eltac Züflüqaroğlu
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO
Gecə avtomobilin salon işığını yandırmaq təhlükəlidirmi? – ARAŞDIRMA












