Qəza baş verməsə də maşınlarda hava yastıqları niyə açılır? – AVTOMOBİL USTASI SƏBƏBLƏRİ AÇIQLADI - FOTO

Avtomobillərdə təhlükəsizlik sistemlərinin ən mühüm hissələrindən biri hava yastıqlarıdır. Bu sistemlər qəza zamanı sərnişinləri qorumaq üçün nəzərdə tutulub və illərdir bütün müasir avtomobillərdə tətbiq olunur.
Qəza zamanı hava yastıqları qəfil açıldığı zaman sürücü və sərnişinlər üçün həm təhlükəsizlik təmin edir, həm də zərbənin fəsadlarını minimuma endirməyə xidmət edir. Lakin bəzi hallarda sürücülər qəza baş vermədiyi halda belə hava yastıqlarının açıldığının şahidi ola bilirlər.
Bəs avtomobilin hava yastıqları qəza olmasa belə hansı səbəblərdən açıla bilər?

Mövzu ilə bağlı avtomobil ustası Dəniz Ağabəyli Avtosfer.az-a açıqlamsında bildirib ki, avtomobillərin hava yastıqlarının açılma səbəblərindən biri, təbii ki, qəzalardır:
“Avtomobil vurulduqda və ya qəza törədildikdə hava yastıqları aktivləşir. Lakin bəzi hallarda avtomobillər, xüsusən də Amerikadan və ya digər xarici ölkələrdən gətirilənlərdə, təmir zamanı açılmış hava yastıqlarının yenisi ilə əvəz olunmadığı hallar olur. Belə avtomobillər isə satışa çıxarıldıqda alıcıların təhlükəsizliyi risk altına düşür.
Hava yastığının açılmasının bir neçə səbəbi var. Elə hallar olur ki, avtomobil qəza törətməsə də, hava yastıqları açılır. Bu da bir çox sürücülərin şikayətində öz əksini tapıb. Onlar bilməlidirlər ki, bəzi yollarda avtomobilin sərt hərəkəti, onun çökəyə, yaxud lyuka düşərək yırğalanması və təkərin zərbə alması səbəbindən sistem bunu qəza kimi qəbul edir və hava yastıqları açılır.

Rayonlara gedən sürücülərin də belə hallarla üzləşməsi müşahidə olunub. Yol şəraitinə bələd olmadıqda və gözlənilmədən maneəyə dəyildikdə, baxmayaraq ki, avtomobilin üst hissəsində heç bir zədələnmə olmur, alt işlək hissələrdə müəyyən nasazlıqlar yaranır və bu halda da hava yastıqları açıla bilir”.
Usta əlavə olaraq qeyd edib ki, hava yastığının əsas vəzifəsi sürücünü zərbədən qorumaq, başın və bədənin ağır travma almasının qarşısını almaqdır:
“Ona görə də həm qəza zamanı, həm də kəskin zərbə təsiri verən digər hallarda onların açılması normaldır. Amma bir dəfə açıldıqdan sonra hava yastıqları mütləq yenisi ilə əvəz olunmalıdır ki, növbəti qəza və ya təhlükəli vəziyyətlərdə onlar yenidən işlək olsun”.
Eltac Zülfüqaroğlu
Bakıda sürücülər üçün gizli təhlükə – Sağa dönərkən DİQQƏT - VİDEO
Bakının mərkəzində sürücüləri çətin vəziyyətə salan yolayrıcı – VİDEO
Yolun ortasındakı kollar qəza riskini artırır – XƏBƏRDARLIQ - VİDEO
Piyadaların bu addımı qəza ilə nəticələnə bilər – Sürücülər bu təhlükəni görmür - VİDEO
Britaniyada stansiyalar yaxınlığında mənzil tikintisinə başlanılacaq - EKSPERT
Yaşıl işıqda edilən bu səhv qəza ilə nəticələnə bilər – Sürücülərə XƏBƏRDARLIQ – VİDEO
Hazırkı yolları genişləndirməklə tıxacları həll etmək mümkün deyil - EKSPERT
Sürücülər tunelə girərkən niyə sürəti azaltmalıdır? – İZAH – VİDEO
Bir səhv manevr iki qəza yarada bilər – Sürücülərə XƏBƏRDARLIQ – VİDEO
Qəza anında instinktiv sükan hərəkəti niyə təhlükəlidir? – Mütəxəssis AÇIQLADI – VİDEO
Körpü və tunellərdə qəza riskini necə azaltmaq olar? – Mütəxəssis AÇIQLADI - VİDEO










