Qəzaların azalması üçün maraqlı təklif: Radarlar gizlədilsin - VİDEO

Qəza əleyhinə sürücülük kurslarının məşqçisi Aqil Rəhimov stasionar radarların yerləşdiyi məntəqələr barədə əvvəlcədən xəbərdarlıq edən nişanların məqsədəuyğun olmadığını düşünür.
Avtosfer.az xəbər verir ki, o, bu fikirləri "Avto FM" radiosunun efirində səsləndirib.
Aqil Rəhimov bildirib ki, radarların sayının artırılmasının tərəfdarıdır. Lakin onun fikrincə, radarların yerləşdiyi yerləri göstərən xəbərdarlıq nişanları sürücülərin davranışına mənfi təsir göstərir.
"Radar olan yerdə sürücülər sürəti azaldır, qaydalara əməl edirlər. Radar zonasını keçən kimi isə yenidən sürəti artırırlar. Bu isə təhlükəsiz sürücülük vərdişinin formalaşmasına xidmət etmir", – deyə o vurğulayıb.
Mütəxəssis bunu oğruların siqnalizasiya olmayan evi seçməsinə bənzədərək qeyd edib ki, yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücülər də digər hərəkət iştirakçılarının təhlükəsizliyini təhlükə altına atırlar.
Onun sözlərinə görə, radarların yerləşdiyi məntəqələrin əvvəlcədən bilinməməsi sürücüləri hər zaman qaydalara əməl etməyə sövq edər.
"Radarlar daha çox olsun, amma sürücü əvvəlcədən harada radar olduğunu bilməsin. O zaman hər an nəzarətin ola biləcəyini düşünəcək və daim yol hərəkəti qaydalarına əməl edəcək", – deyə Aqil Rəhimov bildirib.
Ölkədə yol hərəkətinə nəzarət ümumilikdə kifayət qədərdir. Bununla belə, radarlarla bağlı bu yanaşmanın tətbiq olunması sürücülərin məsuliyyətini daha da artırar və nəticədə qayda pozuntularının, eləcə də cərimələrin sayının azalmasına müsbət təsir göstərə bilər.
Eltac Zülfüqaroğlu
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO
Gecə avtomobilin salon işığını yandırmaq təhlükəlidirmi? – ARAŞDIRMA












