Radarların yerini gizlətmək fayda verəcəkmi? - ŞƏRH

Məşqçi Aqil Rəhimov “Avto FM” radiosuna müsahibəsində maraqlı təkliflə çıxış edib. Məşqçi bildirib ki, “radarlar daha çox olsun, amma sürücü əvvəlcədən harada radar olduğunu bilməsin. O zaman hər an nəzarətin ola biləcəyini düşünəcək və daim yol hərəkəti qaydalarına əməl edəcək”.
Aqil müəllimin fikirlərinə dərin hörmətlə yanaşaraq məsələyə öz münasibətimi bildirmək istərdim.
Sürətölçmə radarlarının tətbiq edildiyi bəzi ölkələrdə müvafiq yol nişanlarının quraşdırılması məcburi deyil. Məsələn, ən çox radarın olduğu ölkələr arasında yer alan Almaniyada vəziyyət federal torpağa (Land) görə dəyişir. Məsələ bələdiyyələrin səlahiyyətində olduğu üçün yol nişanı məcburiyyəti olmayan torpaqlarda müvafiq bildirişə az rast gəlinir. Məcburiyyət olmadığı üçün bələdiyyələr büdcə vəsaiti bu işə yönəltməyə maraqlı deyil. Amma radarı bildirən nişanın olmaması yaxşı mənada nəticə verir.
Məsələnin başqa tərəfi də var. Almaniya, Fransa, İtaliya, Polşa kimi böyük ölkələrdə radarların gizlədilməsi fayda versə də, Belçika, Lüksemburq və ya İsveçrədə bu sistem demək olar işləmir. Səbəb də sadədir: ərazi kiçikdir, sürücülər yolları əzbər tanıyır. Eyni vəziyyət Azərbaycanda da mövcuddur. Üstəgəl, radardan sonra sürəti artırmaq problemi adıçəkilən ölkələrdə də mövcuddur. Bəs onlar bu halla necə mübarizə aparırlar?
Avropa ölkələrində polisin sürət rejimini pozanlarla mübarizə forması bir qədər fərqlidir. Məsələn, İspaniyada qüllə radarlarından 300 metr əvvəl və sonra Aqil müəllimin dediyi kimi tam qanuni şəkildə gizli radarlar quraşdırılır. Onların işi yol nişanında göstərilən qüllə radarı ilə sinxronlaşdırıldığı üçün radara qədər və sonra sürət rejiminin pozulmasını fiksasiya etmək mümkün olur.
Digər versiya sürətölçən qurğuların yerinin tez-tez dəyişdirilməsidir. Bunu adətən ərazisi az olan ölkələr edir. Lakin, Azəraycanda əsasən qüllə radarları istifadə edildiyi üçün onların yerinin vaxtaşırı dəyişdirilməsi real görünmür.
Sürücüləri arxayın salmaq üçün radarların bir neçə gün müddətinə söndürülməsi praktikasına da geniş rast gəlinir.
Nəhayət, ən səmərəli vasitə “ağıllı radar” dediyimiz orta sürət radarlarının quraşdırılmasıdır. Bu radarlar sinxron işlədikləri üçün onların yanından tısbağa sürəti ilə keçib sonra qırıcı sürətinə qalxmaq nəticə verməyəcək.
Lüksemburq təcrübəsi göstərir ki, ağıllı radarların quraşdırılması sayəsində 2024-cü ildə sürətlə bağlı qəzalar 30 faiz azalıb. Müsbət təcrübənin tətbiqi yerinə düşməzmi?
Vüqar
Ekspert qayda pozub statusdan istifadə edən qazilərə çağırış etdi - Bir gün… - VİDEO
Avtomobilin rəngini dəyişmək üçün rüsum nə qədərdir? – VİDEO
Su altında qalan avtomobildə gizli təhlükə: Sürücülərə XƏBƏRDARLIQ
Avtomobilin buferini dəyişmək cəriməyə səbəb olur – QANUN NƏ DEYİR? - VİDEO
Sükan arxasında instinktə güvənmək təhlükəlidir? – AÇIQLAMA - VİDEO
Şəhərlərdə drenaj sistemləri necə inkişaf etdirilməlidir? - EKSPERT
Sığortası bitən avtomobilə görə hansı halda cərimə yazılmır? – VİDEO
Sürücülər bu qayda pozuntusuna görə 150 manat cərimələnəcək - Çoxunun xəbəri yoxdur - VİDEO
Sığortanın bitməsi ilə bağlı SMS gəlməyibsə cərimə yazıla bilər? – AÇIQLAMA - VİDEO
Maşını olanların NƏZƏRİNƏ: Bu nömrələrin dəyişdirilməsi...- RÜSUM NƏ QƏDƏRDİR?
Azərbaycandakı bu qanunda dəyişikliyin edilməsinə ehtiyac var? - AÇIQLAMA












