Sağ tərəfi uçurum olan yollarda ötmə əməliyyatı necə həyata keçirilməlidir? - VİDEO

Yolda ötmə manevri edərkən diqqətli olmaq sürücülərin təhlükəsizliyi üçün vacibdir. Xüsusilə də yolun bir tərəfində uçurum və ya dərə olduğu ərazilərdə bu qaydaya daha ciddi əməl olunmalıdır.
Avtosfer.az xəbər verir ki, bu barədə qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov sürücülərə müraciət edib. Onun sözlərinə görə, sürətli yollarda sürücülər ötmə etməzdən əvvəl mütləq güzgülərə baxmalı və qarşı zolağın vəziyyətini diqqətlə qiymətləndirməlidirlər.
Aqil Rəhimov bildirib ki, bəzi sürücülər qarşıdakı avtomobili ötüb keçmək üçün tələsir və bu vaxt arxadan sürətlə gələn nəqliyyat vasitələrini nəzərə almırlar. Belə vəziyyətdə ötməyə başlayan sürücü iki avtomobilin arasında qala və qəza riski ilə üzləşə bilər.
Şəbnəm Tovuzlunun qızı bu görüntülərə görə CƏZALANDIRILDI - VİDEO
Ekspert xüsusilə uçurum və dərə olan yollarda daha ehtiyatlı olmağın vacibliyini vurğulayıb. Onun sözlərinə görə, belə yerlərdə baş verən qəzalar daha ağır nəticələrlə müşayiət oluna bilər.
Aqil Rəhimov sürücülərə tələsməməyi, ötmə manevrindən əvvəl yolun vəziyyətini düzgün qiymətləndirməyi və yalnız tam təhlükəsiz olduğuna əmin olduqdan sonra bu manevri etməyi tövsiyə edib. O qeyd edib ki, yol hərəkətində əsas prinsip təhlükəsizlikdir və sürücülər özlərini qorumaq üçün hər zaman diqqətli davranmalıdırlar.
Eltac Zülfüqaroğlu
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO
Gecə avtomobilin salon işığını yandırmaq təhlükəlidirmi? – ARAŞDIRMA












