Sağ zolaqda bu hərəkətə görə cərimə yazılır? – Qanun nə deyir – VİDEO

Sosial şəbəkələrdə yayılan bir videoda avtomobilin sağ zolaqdan digər nəqliyyat vasitələrini geridə qoyması müzakirələrə səbəb olub. Bəziləri bu manevrin sağdan ötürmə olduğunu və qanun pozuntusu sayıldığını iddia edib.
Avtosfer.az xəbər verir ki, qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov məsələyə aydınlıq gətirərək bildirib ki, sözügedən manevr zolaq dəyişdirilmədən həyata keçirildiyi üçün ötürmə hesab olunmur.
Onun sözlərinə görə, qaydalara əsasən, ötürmə zolağı dəyişərək bir və ya bir neçə nəqliyyat vasitəsini geridə qoymaq deməkdir:
“Burada isə zolaq dəyişdirilmir. Bu səbəbdən həmin manevr ötürmə sayılmır. Bu, üstdələmədir. Yəni sürücü öz hərəkət zolağını dəyişmədən bir və ya bir neçə nəqliyyat vasitəsinin yanından keçərək onları arxada qoyur.
Bu anlayış rus dilində üstdələmə termini ilə ifadə olunur. Azərbaycan qanunvericiliyində “üstdələmə” termini ayrıca anlayış kimi yer almasa da, bu manevri ötürmə ilə eyniləşdirmək düzgün deyil”.
Məşqçi “yandan keçmə” anlayışına da toxunaraq bildirib ki, bu ifadə əsasən hərəkətsiz maneənin yanından keçmə halına aiddir.
Bununla belə, Aqil Rəhimov sürücülərə sağ zolaqdan hərəkətdə olan avtomobilləri geridə qoyarkən ehtiyatlı olmağı və bu cür manevrlərdən mümkün qədər çəkinməyi tövsiyə edib. O bildirib ki, videodakı hərəkəti qaydaları izah etmək məqsədilə nümayiş etdirib:
“Bu videonu qanunları izah etmək üçün çəkmişəm. Real həyatda isə mən özüm belə manevrləri etməməyə çalışıram və sürücülərə də tövsiyə etmirəm. Çünki digər zolaqlarda hərəkət edən sürücülər sağ tərəfdən avtomobilin onları geridə qoyacağını hər zaman gözləməyə bilərlər. Bu isə təhlükəli vəziyyət yarada bilər”.
Məşqçinin sözlərinə görə, sözügedən manevr hər bir halda yol şəraitindən və digər hərəkət iştirakçılarının davranışından asılı olaraq diqqətlə qiymətləndirilməlidir.
Eltac Zülfüqaroğlu
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO
Gecə avtomobilin salon işığını yandırmaq təhlükəlidirmi? – ARAŞDIRMA












