Sarı-ağ "zebra"lar təhlükəsizliyi artırır? – ARAŞDIRMA

Ağ və sarı rənglərlə çəkilən kontrast piyada keçidləri daha nəzərəçarpan görünsə də, bu, onların avtomatik olaraq daha təhlükəsiz olması anlamına gəlmir. Avtosfer.az xəbər verir ki, bu fikirləri nəqliyyat eksperti Anar Əliyev bildirib.
Ekspertin sözlərinə görə, bir sıra ölkələrdə, o cümlədən Rusiyanın paytaxtı Moskvada vaxtilə geniş tətbiq edilən ağ-sarı piyada keçidlərindən son illərdə tədricən imtina olunur. Bunun əsas səbəbi isə təhlükəsizliyin keçidin rəngindən deyil, yolun düzgün layihələndirilməsindən asılı olmasıdır.
Əsas məqsəd sürücünün yol nişanlanmasını deyil, piyada keçidindən istifadə edən insanı vaxtında görməsini təmin etməkdir. Yol hərəkəti təhlükəsizliyini artıran əsas amillər gecə saatlarında piyada keçidlərinin keyfiyyətli işıqlandırılması, əlavə işıqlandırma sistemlərinin quraşdırılması, enli küçələrdə təhlükəsizlik adacıqlarının yaradılması, nəqliyyat axınının intensiv olduğu yerlərdə işıqforların tətbiqi, eləcə də qaldırılmış piyada keçidləri və digər sürət azaldıcı mühəndis həllərinin həyata keçirilməsidir.
Ekspert vurğulayıb ki, yol hərəkəti təhlükəsizliyi yüksək olan şəhərlərin əksəriyyətində adi ağ rəngli piyada keçidlərindən istifadə olunur. Çünki beynəlxalq təcrübə göstərir ki, piyadaların təhlükəsizliyini təmin edən əsas amil nişanlanmanın rəngi deyil, küçələrin təhlükəsizlik prinsiplərinə uyğun layihələndirilməsi və nəqliyyatın sürətinin effektiv şəkildə idarə edilməsidir.
Anar Əliyevin fikrincə, Azərbaycanda da piyada keçidlərinin təhlükəsizliyini artırmaq üçün diqqət daha çox işıqlandırma, sürətə nəzarət, təhlükəsizlik adacıqları və müasir yol mühəndisliyi həllərinin tətbiqinə yönəldilməlidir. Bu yanaşma həm piyadaların, həm də sürücülərin təhlükəsizliyinə daha effektiv töhfə verə bilər.
Eltac Zülfüqaroğlu
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO
Gecə avtomobilin salon işığını yandırmaq təhlükəlidirmi? – ARAŞDIRMA












