Banner

Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO

Öyrənək 5 Noyabr 2026 11:00
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
WhatsApp kanalımıza abunə olun

Şəhər daxilində avtomobil idarə edərkən hansı hərəkət zolağına üstünlük vermək daha təhlükəsizdir? Sürücülər sağ, orta, yoxsa sol zolaqda hərəkət etməlidirlər?

Avtosfer.az xəbər verir ki, qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov bu məsələyə aydınlıq gətirib.

O bildirib ki, şəhər daxilində üç hərəkət zolağı olan yollarda orta zolaq digər zolaqlarla müqayisədə daha təhlükəsiz hesab oluna bilər. Bunun əsas səbəbi sağ və sol zolaqlarda qarşılaşa biləcək əlavə təhlükələrdir.

Məşqçinin sözlərinə görə, sağ zolaqda hərəkət edən sürücülər yol kənarındakı ağacların arasından qəfil çıxan piyadalar, eləcə də yolayrıclarından və ətraf ərazilərdən yola qoşulan avtomobillərlə qarşılaşa bilərlər.

Sol zolaqda isə fərqli risklər mövcuddur. Belə ki, tıxac zamanı səbirsiz sürücülər gözlənilmədən qonşu zolağa keçə, bəzi operativ nəqliyyat vasitələri isə hərəkət istiqamətindən asılı olaraq qarşı hərəkət zolağına daxil ola bilərlər. Bu da sol zolaqda hərəkət edən sürücülər üçün təhlükə yarada bilər.

Aqil Rəhimov dairəvi hərəkət təşkil edilən yolayrıclarında zolaq seçiminin də əhəmiyyətinə diqqət çəkib. O qeyd edib ki, dairəyə daxil olarkən müvafiq şərait və nişanlanma tələbləri nəzərə alınmalıdır. Dairədən çıxarkən isə sürücü sağ kənar zolağa keçərək manevr etməlidir.

Məşqçi sürücülərə şəhər daxilində hərəkət zamanı mümkün riskləri əvvəlcədən qiymətləndirməyi, təhlükəsiz ara məsafəsi saxlamağı və qəfil manevrlərdən çəkinməyi tövsiyə edib.

Eltac Zülfüqaroğlu

bax.tvhttps://bax.tv/avto-moto-xeberler/seher-daxilinde-en-tehlukesiz-hereket-zolagi-hansidir-228528

 

 

Oxunub : 250
ŞƏRH YAZ
Ad

E-mail

Şərh