Sol zolaqda gedən avtomobili sağdan keçmək olarmı? – İZAH - VİDEO

Sürücülər arasında tez-tez müzakirə olunan məsələlərdən biri də sol zolaqla hərəkət edən avtomobilləri sağ tərəfdən geridə qoymağın “sağdan ötmə” hesab edilib-edilməməsidir.
Avtosfer.az xəbər verir ki, qəza əleyhinə sürücülük kurslarının məşqçisi Aqil Rəhimov bu məsələyə aydınlıq gətirib. Onun sözlərinə görə, sürücü hərəkət etdiyi zolağı dəyişmədən digər avtomobili geridə qoyursa, bu, ötmə hesab edilmir.
“Bəzən sol zolaqlarda avtomobillər hərəkət edir, sağ zolaq isə boş olur. Biz də öz zolağımızla hərəkət edərək soldakı avtomobilləri geridə qoyuruq. Bu, sağdan ötmə sayılırmı? Xeyr.
Ötmə zamanı sürücü zolağını dəyişərək bir və ya bir neçə avtomobili geridə qoyur. Əgər biz zolağı dəyişməmişiksə, bu manevrə görə “sağdan ötmə” cəriməsi tətbiq edilə bilməz.
Bu, üstələmə adlanır. Bəziləri bunu “yandan keçmə” kimi ifadə edir. Əslində isə söhbət üstələmədən, yəni qabaqlamadan gedir. Təəssüf ki, hazırda yol hərəkəti qaydalarında bu termin ayrıca təsbit olunmayıb”, – deyə Aqil Rəhimov bildirib.
Mütəxəssis sürücüləri yol hərəkəti qaydalarına riayət etməyə və manevrlər zamanı diqqətli olmağa çağırıb.
Eltac Zülfüqaroğlu
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO
Gecə avtomobilin salon işığını yandırmaq təhlükəlidirmi? – ARAŞDIRMA












