Sükan arxasına keçməzdən əvvəl yeməməli olduğunuz 3 QİDA

Sükan arxasına keçmək istəyən hər kəs bilir ki, spirt qəti qadağandır. Ancaq təhlükə təkcə bir qədəhdə gizlənə bilməz. Hətta ilk baxışdan zərərsiz görünən qida belə diqqət və reaksiya qabiliyyətinə mənfi təsir göstərə bilər ki, bu da qəza hadisəsi riskini artırır. Bundan əlavə, tərkibində spirt olan qidaların (məsələn, bəzi desertlər və ya souslar) qəbulu da ayıqlıq testi zamanı problemlərə gətirib çıxara bilər.
Avtosfer.az bu barədə "Pravda.ru"ya istinadən məlumat verir.
Beləliklə, avtomobillə yola çıxmazdan əvvəl yeməməli olduğunuz üç növ qida hansıdır?
Elə qidalar var ki, tərkibində spirt olmasa belə, sürücüyə eyni dərəcədə ciddi təsir edir. Yola çıxmazdan əvvəl fastfud, yağlı qidalar və qənnadı məmulatlarından uzaq durmaq lazımdır.
Böyük miqdarda belə qidalar süstlük, yuxululuq və konsentrasiyanın azalmasına səbəb olur. Əvvəlcə elə görünə bilər ki, hər şey nəzarət altındadır, lakin bir neçə dəqiqədən sonra diqqətlilik kəskin şəkildə azalır. İnsan rahatlaşır, hansısa məqamda reaksiyasını itirir və bu zaman yolda faciə baş verə bilər.
Yuxululuğun məkri
Yuxululuq təkcə yorğunluq deyil. Bu, hiss etdirmədən gəlir. Sürücü, xüsusən də yolun uzun və ya eyni növlü hissələrində necə "sönməyə" başladığını hiss etməyə bilər. Bu səbəbdən hətta bir neçə bulka və ya "qəhvə ilə" burger yemək də potensial təhlükəli ola bilər.
Yolda gözlənilməz təhlükələr
Xatırlamaq vacibdir: qida orqanizmin vəziyyətinə dərman və ya alkoqoldan az təsir göstərmir. Məsələ təkcə məhz nə yediyiniz deyil, həm də nə qədər və nə vaxt yediyinizdir. Hətta sevimli desertiniz belə yola çıxmazdan əvvəl yeyilərsə, təhlükəyə çevrilə bilər.
Qidalanma - yola çıxmağa hazırlığın bir hissəsidir
Sükan arxasına keçməyə hazırlaşarkən təkcə marşrutu deyil, həm də rasionu düşünmək lazımdır. Yağlı və şirin qidalar olmadan yüngül səhər yeməyi və ya qəlyanaltı gümrahlıq hissini və konsentrasiyanı saxlamağa kömək edəcək. Evə çatana qədər doyurucu yeməklərdən qaçınmaq daha yaxşıdır - bu sizi və digər sərnişinləri qoruyacaq.
Bu yol qovşağında zolaq dəyişmək qəzaya səbəb ola bilər – XƏBƏRDARLIQ – VİDEO
Yayda avtomobildə bu əşyaları saxlamaq təhlükəlidir – XƏBƏRDARLIQ
Uzun müddət park edilən avtomobilləri hansı təhlükələr gözləyir? – XƏBƏRDARLIQ
Piyada vurulmalarının qarşısını almaq üçün bu təcrübə tətbiq olunmalıdır – TƏKLİF – VİDEO
Qara rəngli avtomobillər günəş altında niyə daha çox qızır? – ARAŞDIRMA
Qəza şəraiti yaradan sürücülər də məsuliyyətə cəlb edilməlidir – TƏKLİF - VİDEO
Radarların yerini gizlətmək fayda verəcəkmi? - ŞƏRH
Qəzaların azalması üçün maraqlı təklif: Radarlar gizlədilsin - VİDEO
Azərbaycanda gizli yol polisi yaradılmalıdır? – Mütəxəssisdən TƏKLİF - VİDEO
Sürücülər qanundakı boşluqdan istifadə edir - MÜTƏXƏSSİS - VİDEO
Bakıda əyri zolaqlar sürücülər üçün risk yaradır? - İZAH - VİDEO










