Banner

Sükan arxasında bu detal qəza riskini azalda bilər – TÖVSİYƏ – VİDEO

Öyrənək 29 Oktyabr 2026 10:30
Sükan arxasında bu detal qəza riskini azalda bilər – TÖVSİYƏ – VİDEO
WhatsApp kanalımıza abunə olun

Yollarda qəza riskini azaltmaq üçün sürücülərin təhlükəli vəziyyətlərə əvvəlcədən hazır olması və avtomobili düzgün idarə etməsi vacibdir. Xüsusilə piyada keçidlərinə, yolayrıclarına və qəfil təhlükə yarana biləcək ərazilərə yaxınlaşarkən sürətin vaxtında azaldılması qəzanın qarşısını almağa kömək edə bilər.

Avtosfer.az xəbər verir ki, qəza əleyhinə sürücülük kurslarının təlimçisi Aqil Rəhimov bu baxımdan “nəzarət olunan ətalət sistemi” adlandırdığı üsuldan istifadə etməyi tövsiyə edir.

Onun sözlərinə görə, sürücü təhlükəli əraziyə yaxınlaşarkən avtomobilin sürətini əvvəlcədən azaltmalı və mümkün qəfil maneələrə hazır olmalıdır. Sürücü müəyyən bir ərazidən saatda 50 kilometr sürətlə keçməyi planlaşdırırsa, həmin nöqtəyə çatmazdan əvvəl sürəti azaldaraq avtomobili idarə etməyə hazır vəziyyətdə saxlamalıdır.

Sürücünün ayağını qaz pedalından çəkərək əyləc pedalına yaxın saxlaması və zərurət olduqda əyləci yüngül tətbiq etməsi təhlükəyə reaksiya vermək üçün əlavə imkan yarada bilər. Beləliklə, qarşıya qəfil avtomobil çıxarsa və ya piyada gözlənilmədən yola daxil olarsa, sürücü əyləci daha tez basa bilər.

Təlimçi qeyd edib ki, əyləc pedalına yüngül toxunmaq avtomobilin arxa stop işıqlarını da yandıra bilər. Bu isə arxadan gələn sürücüyə avtomobilin sürətini azaltdığı barədə xəbərdarlıq edir və onun da vaxtında yavaşımasına şərait yaradır. Bu üsuldan uzun illərdir özü və tələbələri istifadə edir və məqsəd təhlükəli vəziyyətlərdə sürücülərin daha hazırlıqlı olmasına nail olmaqdır.

Qeyd edək ki, təhlükəsiz sürücülük üçün əsas şərt sürət həddinə riayət etmək, yol şəraitinə uyğun sürmək və öndəki nəqliyyat vasitəsi ilə təhlükəsiz ara məsafəsi saxlamaqdır. Əyləc pedalına ayağın hazır vəziyyətdə saxlanması isə avtomobilin idarəetmə xüsusiyyətləri və yol şəraiti nəzərə alınmaqla tətbiq edilməlidir.

Eltac Zülfüqaroğlu

bax.tvhttps://player.bax.tv/embed/228307.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=avto-moto-xeberler

 

 

Oxunub : 254
ŞƏRH YAZ
Ad

E-mail

Şərh