Sükan arxasında telefonla danışmağa hansı halda cərimə yazılır? – Qanun nə deyir? - VİDEO

Sürücülərin avtomobil idarə edərkən mobil telefondan istifadəsi ilə bağlı qanunda konkret tələblər müəyyən edilib.
Bəs hansı hallarda sürücüyə telefonla danışmağa görə cərimə tətbiq olunur?
Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Rüfət Əmiraslanov sürücülərin bu məsələ ilə bağlı diqqət etməli olduğu məqamlara aydınlıq gətirib.
Ekspert bildirib ki, qanunvericiliyə əsasən, avtomobil hərəkətdə olarkən mobil telefonu əldə saxlamaqla ondan istifadə etmək inzibati məsuliyyət yaradır. Bu halda sürücüyə 50 manat məbləğində cərimə tətbiq edilir.
Rüfət Əmiraslanov qeyd edib ki, mobil telefonun istifadəsi ilə bağlı cərimənin tətbiqi üçün əsas məqamlardan biri onun sürücünün əlində saxlanılması və avtomobilin hərəkətdə olmasıdır.
“Məlumat üçün qeyd edim ki, burada bir incə məqam var. Sürücü avtomobil hərəkətdə olan zaman telefondan əlində saxlamaqla istifadə edirsə, buna görə cərimə var. Amma telefonla danışmağa görə ümumi şəkildə cərimə nəzərdə tutulmayıb.
Məsələn, avtomobil dayandığı yerdə telefonla danışmağa görə cərimə yoxdur. Həmçinin qulaqcıqla danışmağa görə də cərimə yoxdur. Qanun konkret deyir ki, hərəkətdə olan zaman telefonda əlində saxlamaqla ondan istifadə etməyə görə cərimə 50 manatdır”, - deyə ekspert bildirib.
Eltac Zülfüqaroğlu
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO
Gecə avtomobilin salon işığını yandırmaq təhlükəlidirmi? – ARAŞDIRMA












