Sumqayıt bulvarında avtomobillərin hərəkəti piyadalara təhlükə yaradır - FOTO

Sumqayıt şəhərində bulvar ərazisi ilə bağlı yayılan foto sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Avtosfer.az xəbər verir ki, şəhərin simvolu olaraq bilinən “Göyərçin” heykəlindən sonrakı ərazidə şəhərsalma mövzusunda bir sıra nöqsanlar ortaya çıxıb. Belə ki, daha əvvəl gecə klubu kimi fəaliyyət göstərən obyektlər sonradan restoran şəbəkələrinə verilib. Lakin şəhərdə bulvar salınandan sonra həmin bulvarın ortasından avtomobillərin hərəkəti üçün də şərait yaradılıb. Bu isə piyadaları narahat edir.
Sakinlər bildirirlər ki, azyaşlı övladları ilə bulvara gəzməyə çıxan, eləcə də restoranlara getmək istəyənlər bu cür təhlükəli vəziyyətlə qarşılaşmalı olur. “Göyərçin” parkının pilləkənlərinin qarşısı da parklanan nəqliyyat vasitələri tərəfindən zəbt edilir. Həftə sonları bulvarı ziyarət edənlərin çoxluğu vəziyyəti daha da çətinləşdirir. Avtomobil idarə edən gənclər daha təhlükəli sürüşlər sərgiləyir, bəziləri hətta avtoxuliqanlıq da edirlər. Bu isə piyadaların həyatını təhlükəyə atır.
Sakinlər bu problemin aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülməsi və həllini tələb edir.
Səfər

“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO
Gecə avtomobilin salon işığını yandırmaq təhlükəlidirmi? – ARAŞDIRMA












