Sürət həddinin azaldılması qəza statistikasına təsir edir? – Mütəxəssisdən AÇIQLAMA – VİDEO

Yollarda sürət həddinin aşağı salınmasının yol-nəqliyyat hadisələrinə təsiri müzakirə olunan əsas məsələlərdən biridir. Mütəxəssislər hesab edirlər ki, bu qərarın effektivliyi yolun xüsusiyyətlərindən və hərəkət intensivliyindən asılı olaraq dəyişə bilər.
Avtosfer.az xəbər verir ki, qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov bildirib ki, bəzi yollarda sürət həddinin azaldılması qəzaların sayının və ağırlıq dərəcəsinin azalmasına müsbət təsir göstərsə də, bütün yollar üçün eyni yanaşmanı tətbiq etmək düzgün deyil.
Onun sözlərinə görə, Bakı Aeroport şosesində sürət həddinin mərhələli şəkildə 120 km/saatdan 100 km/saata, daha sonra isə 90 km/saata endirilməsi müəyyən mənada əsaslandırılmış qərar hesab oluna bilər.
“Əvvəllər həmin yolda sürət həddi 120 km/saat idi. Lakin bəzi sürücülər buna da əməl etməyərək daha yüksək sürətlə hərəkət edirdilər. Sürücülərin bir hissəsi yol nişanlarında göstərilən sürət həddini son hədd kimi qəbul edir və cərimə tətbiq olunmayan həddə qədər sürəti artırmağa çalışır. Bu da təhlükəsizlik risklərini artırır”, – deyə Aqil Rəhimov qeyd edib.
Məşqçi hesab edir ki, sürət həddinin müəyyənləşdirilməsi zamanı yolun texniki göstəriciləri, zolaqların sayı, hərəkət intensivliyi və təhlükəsizlik amilləri nəzərə alınmalıdır.
Bəzi hallarda sürət məhdudiyyətləri yolun real şəraitinə uyğun olmur. Bu isə sürücülər arasında narazılıq yarada və qaydalara əməl olunması səviyyəsinə təsir göstərə bilər.
“Bəzi enli və çoxzolaqlı yollarda sürət həddinin həddindən artıq aşağı müəyyənləşdirildiyini müşahidə edirik. Belə hallarda sürücülər özlərini təhlükəsiz hiss etdikləri sürətlə hərəkət etməyə meyilli olurlar və nəticədə tez-tez qayda pozuntuları qeydə alınır”, – deyə o əlavə edib.
Aqil Rəhimovun sözlərinə görə, sürət həddinin azaldılması ilə bağlı qərarlar qəbul edilərkən yalnız cərimələrin sayının artması deyil, yolun buraxma qabiliyyəti və nəqliyyat axınının səmərəliliyi də nəzərə alınmalıdır.
Bəzi küçə və prospektlərdə sürətin aşağı salınması qəza riskini azalda bilər, lakin digər yollarda nəqliyyatın hərəkət dinamikasına mənfi təsir göstərərək sıxlığın artmasına səbəb ola bilər. Buna görə də hər bir yol ayrıca təhlil edilməli, sürət hədləri beynəlxalq təcrübə və mühəndislik hesablamaları əsasında müəyyənləşdirilməlidir.
Eltac Zülfüqaroğlu
Ekspert qayda pozub statusdan istifadə edən qazilərə çağırış etdi - Bir gün… - VİDEO
Avtomobilin rəngini dəyişmək üçün rüsum nə qədərdir? – VİDEO
Su altında qalan avtomobildə gizli təhlükə: Sürücülərə XƏBƏRDARLIQ
Avtomobilin buferini dəyişmək cəriməyə səbəb olur – QANUN NƏ DEYİR? - VİDEO
Sükan arxasında instinktə güvənmək təhlükəlidir? – AÇIQLAMA - VİDEO
Şəhərlərdə drenaj sistemləri necə inkişaf etdirilməlidir? - EKSPERT
Sığortası bitən avtomobilə görə hansı halda cərimə yazılmır? – VİDEO
Sürücülər bu qayda pozuntusuna görə 150 manat cərimələnəcək - Çoxunun xəbəri yoxdur - VİDEO
Sığortanın bitməsi ilə bağlı SMS gəlməyibsə cərimə yazıla bilər? – AÇIQLAMA - VİDEO
Maşını olanların NƏZƏRİNƏ: Bu nömrələrin dəyişdirilməsi...- RÜSUM NƏ QƏDƏRDİR?
Azərbaycandakı bu qanunda dəyişikliyin edilməsinə ehtiyac var? - AÇIQLAMA












