Sürət və sürətli qatarın fərqi nədir? – ADY-dən AÇIQLAMA – FOTO

Bu fikirləri özünün sosial şəbəkə hesabında Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) İctimaiyyətlə əlaqələr şöbəsinin aparıcı mütəxəssisi Bəxtiyar Hacıyev bildirib.
Avtosfer.az xəbər verir ki, son günlər ölkədə fəaliyyət göstərən bəzi media subyektləri sürət qatarları ilə bağlı müxtəlif mülahizələr səsləndirir. Bunlardan biri də sürət qatarlarının aşağı sürətlə hərəkət etməsidir. Vaxtaşırı bu məsələni gündəmə gətirən mediaların səsləndirdiyi fikirlərə cavab verən ADY-nin İctimaiyyətlə əlaqələr şöbəsinin aparıcı mütəxəssisi Bəxtiyar Hacıyev öz “Facebook” hesabında qeyd edib ki, qatarların sürəti mövzusu bu dəfə qeyri-ciddi, qeyri-peşəkar şəkildə gündəmə gətirilib:

“Bununla bağlı dəfələrlə ətraflı izah, açıqlama verilib. Öncə tövsiyə edirəm ki, mövzunu dəqiqləşdirək, öyrənək, sonra münasibət bildirək.
Bir daha qeyd edirəm ki, dəmir yollarının sürət normativlərinə əsasən, sərnişin qatarının orta sürəti 50-90 km/saat təşkil edərsə, bu, sürət qatarı, 90 km/saatdan yüksək olduqda isə sürətli sərnişin qatarı hesab olunur. Bu bir.
İkincisi, Azərbaycan dəmir yollarında istismar olunan, İsveçrənin "Stadler" şirkətinin istehsalı olan qatarların maksimum sürəti 160 km/s-dır. Rayonlararası istiqamətdə (Bakı-Balakən xətti xaric) qatarlarımızın maksimum sürəti 140 km/s, Abşeron dairəvi dəmir yolu üzrə isə 90 km/s müəyyənləşdirilib.
Abşeron dairəvi üzrə nisbətən az sürət həddinin müəyyənləşdirilməsi təhlükəsizliyə hesablanıb, bu marşrut üzrə xətlərin əhalinin daha sıx məskunlaşdığı yaşayış məntəqələrindən keçməsi, bəzi yerlərdə yaşayış evlərinin dəmir yollarının yaxınlığında yerləşməsi və bu marşrut üzrə stansiyalar arasında məsafənin qısa olması ilə əlaqədardır.
Lakin qatarın hansısa sahədə müəyyən səbəbdən aşağı sürətlə hərəkət etməsi kadrlarını Yaponiya və Çindəki yüksək sürətli qatarlarla müqayisə etmək son dərəcə məlumatsızlığın nəticəsidir.
Yəni müqayisə olunan sürət yüksək sürətli hesab edilir. Azərbaycanda dəmiryol infrastrukturu isə sürət və sürətli qatarların hərəkətinə hesablanıb.
Yüksək sürətli qatarlar üçün infrastrukturun yaradılması, bu layihəyə çəkilən xərclər və bütün bu işlərin xidmətə, qiymətə təsiri barədə, düşünürəm ki, dəyərli ekspertlərimizdən daha ətraflı öyrənə bilərsiniz”.
Səfər
Ekspert qayda pozub statusdan istifadə edən qazilərə çağırış etdi - Bir gün… - VİDEO
Avtomobilin rəngini dəyişmək üçün rüsum nə qədərdir? – VİDEO
Su altında qalan avtomobildə gizli təhlükə: Sürücülərə XƏBƏRDARLIQ
Avtomobilin buferini dəyişmək cəriməyə səbəb olur – QANUN NƏ DEYİR? - VİDEO
Sükan arxasında instinktə güvənmək təhlükəlidir? – AÇIQLAMA - VİDEO
Şəhərlərdə drenaj sistemləri necə inkişaf etdirilməlidir? - EKSPERT
Sığortası bitən avtomobilə görə hansı halda cərimə yazılmır? – VİDEO
Sürücülər bu qayda pozuntusuna görə 150 manat cərimələnəcək - Çoxunun xəbəri yoxdur - VİDEO
Sığortanın bitməsi ilə bağlı SMS gəlməyibsə cərimə yazıla bilər? – AÇIQLAMA - VİDEO
Maşını olanların NƏZƏRİNƏ: Bu nömrələrin dəyişdirilməsi...- RÜSUM NƏ QƏDƏRDİR?
Azərbaycandakı bu qanunda dəyişikliyin edilməsinə ehtiyac var? - AÇIQLAMA












