Sürücülər bu qayda pozuntusuna görə 150 manat cərimələnəcək - Çoxunun xəbəri yoxdur - VİDEO

LED işıqlardan istifadə faciəyə səbəb ola bilər. Bu işıqlar digər hərəkət iştirakçılarının görmə qabiliyyətinə mane olmaqla yanaşı, avtomobil sahibinin özü üçün də ciddi təhlükə yarada bilər.
Avtosfer.az Azərbaycan Televiziyasına (AzTV) istinadən xəbər verir ki, gecə saatlarında, xüsusilə zəif işıqlandırılan və ya tamamilə qaranlıq ərazilərdə avtomobillərin standart işıqlandırma sistemi bəzən sürücülər üçün kifayət etmir.
Bu səbəbdən bəzi sürücülər daha güclü və parlaq işıq saçan LED lampalar quraşdırmağa üstünlük verirlər. Lakin belə lampalar yolu daha yaxşı işıqlandırmaq əvəzinə, qarşıdan gələn sürücülərin gözlərini qamaşdıra, onların yolu və yol nişanlarını görməsini çətinləşdirə bilər. Nəticədə qəza riski artır.
"Gözləri qamaşdırır, yolu tam görmək mümkün olmur. Yol nişanlarını və digər işarələri seçmək çətinləşir", - sürücülərdən biri bildirib.
Digər sürücü isə belə işıqların gözlərinə mənfi təsir göstərdiyini deyib:
"Doğrudan da, sürücünün gözlərinə pis təsir edir".
Qanunvericiliyə əsasən, nəqliyyat vasitələrinin xarici işıq cihazlarının sayı, tipi, rəngi, yerləşməsi və iş rejimi avtomobilin konstruksiyasına uyğun olmalıdır. Bu tələblərə cavab verməyən, standartlara uyğun olmayan LED lampaların quraşdırılması qanun pozuntusu hesab edilə bilər.
Mövzu ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi Toğrul Nəsirli bildirib ki, belə hal aşkarlandıqda sürücü barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.2-ci maddəsinə əsasən, normativ tələblər pozulmaqla avadanlıqların quraşdırılmasına və ya dəyişdirilməsinə görə 150 manat məbləğində cərimə tətbiq edilir.
"Belə hallarda nəqliyyat vasitəsi mühafizə olunan duracağa yerləşdirilir", - deyə o bildirib.
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO
Gecə avtomobilin salon işığını yandırmaq təhlükəlidirmi? – ARAŞDIRMA












