Sürücülər qanundakı boşluqdan istifadə edir - MÜTƏXƏSSİS - VİDEO

Azərbaycanda yol hərəkəti təhlükəsizliyinin artırılması məqsədilə "təhlükəli sürmə" anlayışının yenidən qanunvericiliyə daxil edilməsi və bu əmələ görə ayrıca inzibati məsuliyyət müəyyənləşdirilməsi təklif olunur.
Avtosfer.az xəbər verir ki, bu fikirləri nəqliyyat qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov "Avto FM" radiosunun efirində səsləndirib.
Onun sözlərinə görə, hazırda bəzi sürücülər yolda ardıcıl olaraq sağa və sola zolaq dəyişməklə, digər nəqliyyat vasitələrini sıxmaqla və aqressiv manevrlər etməklə təhlükəli vəziyyət yaradırlar. Lakin bu hərəkətlər hər zaman "avtoxuliqanlıq" kimi qiymətləndirilmədiyi üçün sürücülər əksər hallarda yalnız manevr qaydalarının pozulmasına görə cərimələnirlər.
Aqil Rəhimov bildirib ki, bu boşluqdan istifadə edən sürücülər yol polisi tərəfindən saxlanıldıqda, törətdikləri əməli avtoxuliqanlıq kimi deyil, sadəcə manevr qaydalarının pozulması kimi qiymətləndirməyə çalışırlar. Nəticədə isə onlar daha yüngül inzibati məsuliyyətlə üzləşirlər.
Bir sıra MDB ölkələrində, o cümlədən Rusiyada "təhlükəli sürmə" ayrıca hüquq pozuntusu kimi nəzərdə tutulur və buna görə cərimələr tətbiq edilir. Azərbaycanda da bu anlayış yenidən qanunvericilikdə əksini tapmalıdır.
"Yaxın məsafədən təqib etmək, ardıcıl və əsassız zolaq dəyişmək, digər hərəkət iştirakçılarını sıxışdırmaq kimi davranışlar ciddi yol-nəqliyyat hadisələrinə səbəb ola bilər. Buna görə də 'təhlükəli sürmə' ayrıca xəta kimi müəyyən edilməli və tətbiq olunan cərimələr də çəkindirici olmalıdır", – deyə Aqil Rəhimov vurğulayıb.
Məşqçi əlavə edib ki, təhlükəli sürmə mahiyyət etibarilə avtoxuliqanlığa çox yaxın olan qayda pozuntusudur. Bu səbəbdən də belə əməllərə görə tətbiq edilən cərimələr simvolik deyil, sürücüləri qaydalara əməl etməyə sövq edəcək səviyyədə olmalıdır.
Eltac Zülfüqaroğlu
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO
Gecə avtomobilin salon işığını yandırmaq təhlükəlidirmi? – ARAŞDIRMA












