Sürücülər tunelə girərkən niyə sürəti azaltmalıdır? – İZAH – VİDEO

Tunellərə daxil olarkən işıqlandırmanın kəskin dəyişməsi sürücünün qarşıdakı maneələri qavramasını çətinləşdirə və qəza riskini artıra bilər. Xüsusilə günəşli havalarda tunelin girişində yaranan qaranlıq görüntü sürücünün qarşısındakı obyektləri bir neçə saniyə ərzində tam görməsinə mane ola bilər.
Avtosfer.az xəbər verir ki, qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov sürücüləri tunellərin girişinə yaxınlaşarkən sürəti əvvəlcədən azaltmağa çağırıb.
Məşqçinin sözlərinə görə, tunelə daxil olan zaman çöldəki güclü işıqla tunelin içərisindəki qaranlıq arasında kəskin kontrast yaranır. Bu vəziyyət sürücünün görmə qabiliyyətinə qısa müddətlik təsir göstərə və qarşıda dayanan nəqliyyat vasitəsini və ya digər maneəni gec fərq etməsinə səbəb ola bilər.
“Tunelin girişinə yaxınlaşırıqsa, deyirəm ki, qazdan ayağını çək, ayağını tormoza qoy. Sürücü soruşur ki, niyə? Çünki xüsusilə bayırda hava işıqlı və günəşli olanda, hətta tunel işıqlandırılsa belə, girişdə qapqara divar bizi gözləyir. Buna ‘qara divar sindromu’ deyirik”, – deyə Aqil Rəhimov bildirib.
Belə vəziyyətdə tunelin girişində dayanmış və ya xarab olmuş avtomobil, yol işçisi və digər maneələr sürücü üçün qəfil görünə bilər. Sürücü yüksək sürətlə hərəkət etdikdə isə qarşısına çıxan maneəyə reaksiya vermək üçün kifayət qədər vaxtı olmaya bilər.
Məşqçi qeyd edib ki, tunelə daxil olmamışdan əvvəl sürətin azaldılması sürücüyə qaranlıq mühitə uyğunlaşmaq və qarşıdakı vəziyyəti daha tez qiymətləndirmək imkanı verir.
“Tunellərin girişində sürəti əməlli-başlı azaldın. Məsələn, sürət 60-dırsa, heç olmasa 50-yə, 40-a salın. 40-dırsa, 30-a endirin. Məqsəd odur ki, qaranlıqdan sonra qarşınızda birdən-birə avtomobil və ya insan görsəniz, maşını saxlaya biləsiniz”, – deyə məşqçi vurğulayıb.
Aqil Rəhimov sürücülərə tunellərin girişində sürət həddinə və yol şəraitinə uyğun hərəkət etməyi, qaz pedalından ayağı əvvəlcədən çəkməyi və qarşıdakı maneələrə reaksiya üçün təhlükəsiz məsafə saxlamağı tövsiyə edib.
Eltac Zülfüqaroğlu
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO
Gecə avtomobilin salon işığını yandırmaq təhlükəlidirmi? – ARAŞDIRMA












