Sürücülər zolaq dəyişərkən hansı səhvlərə yol verir? – MÜTƏXƏSSİS AÇIQLADI - VİDEO

Qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov yol hərəkəti təhlükəsizliyi ilə bağlı paylaşımında zolaq dəyişmə zamanı sürücülərin ən çox yol verdiyi riskli davranışlara diqqət çəkib və bunu şərti olaraq “Qafqaz variantı” ilə “Eston variantı” kimi müqayisə edib.
Avtosfer.az xəbər verir ki, onun sözlərinə görə, zolaq dəyişərkən ən təhlükəsiz və düzgün üsul “Eston variantı” hesab olunur. Aqil Rəhimov bildirib ki, bu yanaşmanın əsas üstünlüyü ehtiyatlılıq və mərhələlilikdir. Belə ki, sürücü əvvəlcə olduğu zolaqda güzgülərə baxır, ətrafdakı nəqliyyat axınını qiymətləndirir, əmin olmadıqca zolaq dəyişmir.
Bakıda bütün tarixi abidələrin yanında restoran açırlar – MEMAR - FOTOSESSİYA
İmkan yarandıqda isə yalnız bir zolaq dəyişir, sonra yenidən güzgülərlə vəziyyəti yoxlayır və yalnız bundan sonra növbəti zolağa keçir. Məşqçinin sözlərinə görə, bu üsul qəfil manevrlərin və digər sürücülərin çaşdırılmasının qarşısını alır.
Aqil Rəhimov qeyd edib ki, “Eston variantı” adlandırılan bu yanaşma real həyatda bir çox Avropa ölkələrində təhlükəsiz sürücülük davranışının əsasını təşkil edir. Onun fikrincə, zolaqların birdən-birə deyil, ardıcıl və nəzarətli şəkildə dəyişdirilməsi qəza riskini xeyli azaldır.
Məşqçi bunun əksinə olaraq, “Qafqaz variantı” adlandırdığı zolaq dəyişmə üsulunun isə son dərəcə təhlükəli olduğunu vurğulayıb. O bildirib ki, bu halda bəzi sürücülər güzgülərə lazımi diqqət yetirmədən, kəskin şəkildə bir neçə zolağı birdən dəyişməyə çalışırlar. Belə manevrlər zamanı digər nəqliyyat vasitələrinin yolunu kəsmək, qəfil tormozlama və toqquşma riski yaranır. Aqil Rəhimovun sözlərinə görə, real yol şəraitində bu cür hərəkətlər demək olar ki, qaçılmaz olaraq qəza ilə nəticələnir.
O, paylaşımında xüsusilə vurğulayıb ki, “Qafqaz variantı” yalnız boş yolda, nümunə məqsədilə göstərilə bilər, lakin real hərəkət zamanı bu cür davranış yolverilməzdir. Məşqçi sürücülərə çağırış edərək bildirib ki, belə kəskin və məsuliyyətsiz manevrlərdən mütləq uzaq durmaq lazımdır.
Sonda Aqil Rəhimov sürücülərə tövsiyə edib ki, zolaq dəyişərkən tələsməsinlər, güzgülərdən və dönmə siqnallarından düzgün istifadə etsinlər, bir neçə zolağı birdən keçmək cəhdindən çəkinərək təhlükəsizliyi hər zaman ön planda saxlasınlər. Onun fikrincə, yol hərəkətində bir neçə saniyəlik səbir insan həyatını xilas edə bilər.
Eltac Zülfüqaroğlu
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO
Gecə avtomobilin salon işığını yandırmaq təhlükəlidirmi? – ARAŞDIRMA












