Sürücülərin buraxdığı bu kiçik səhv ağır qəza ilə nəticələnə bilər – MÜTƏXƏSSİS – VİDEO

Yol hərəkəti zamanı sürücünün haqlı olması onu hər zaman qəzadan sığortalamır. Xüsusilə də dönmə manevrləri zamanı digər hərəkət iştirakçılarının qayda pozuntularını nəzərə almaq vacibdir.
Avtosfer.az xəbər verir ki, bu barədə qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov sürücülərə müraciətində bildirib.
O, Bakıxanov küçəsi ilə keçmiş Fabritsius küçəsinin kəsişməsində qeydə alınan vəziyyəti nümunə göstərərək qeyd edib ki, bəzi sürücülər yol nişanları və nişanlanma xətlərinin tələblərinə əməl etmədikləri üçün təhlükəli vəziyyət yaradırlar.
Həmin ərazidə zolaqların hərəkət istiqamətləri aydın şəkildə müəyyən edilib. Belə ki, sol zolaqdan yalnız sola dönməyə icazə verilsə də, bəzi sürücülər qaydaları pozaraq həmin zolaqdan düz istiqamətdə hərəkəti davam etdirirlər. Bu isə digər sürücülər üçün gözlənilməz risk yaradır.
Məşqçi bildirib ki, məhz belə halların qarşısını almaq üçün sürücülər manevri tamamlamazdan əvvəl son dəfə güzgüləri yoxlamalıdırlar.
“Buna “son baxış” prinsipi deyilir. Sürücü özünün üstünlüyə malik olduğunu və ya hərəkət istiqamətinin düzgün olduğunu düşünsə belə, son anda güzgülərə nəzər salmalıdır. Çünki digər hərəkət iştirakçılarının qaydaları pozması ehtimalı hər zaman mövcuddur”, – deyə o vurğulayıb.
Aqil Rəhimov qeyd edib ki, son baxış vərdişi bir çox hallarda yol-nəqliyyat hadisələrinin qarşısını almağa kömək edir. Onun sözlərinə görə, sürücülər yalnız öz hərəkətlərinə deyil, ətrafdakı nəqliyyat vasitələrinin mümkün səhvlərinə qarşı da hazırlıqlı olmalıdırlar.
Müdafiəedici sürücülük prinsiplərinin tətbiqi, güzgülərdən düzgün istifadə və yol şəraitinin davamlı müşahidəsi qəzaların sayının azalmasına mühüm töhfə verə bilər. O, sürücüləri hərəkət zamanı diqqətli olmağa və yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırıb.
Eltac Zülfüqaroğlu
Gecə avtomobilin salon işığını yandırmaq təhlükəlidirmi? – ARAŞDIRMA
Sükan arxasında bu detal qəza riskini azalda bilər – TÖVSİYƏ – VİDEO
Nişan düzgün qoyulmayan yolda qəza baş verərsə, kim məsuliyyət daşıyır? – AÇIQLAMA - VİDEO
Bakıda bir neçə yol bağlanır - SƏBƏB
Sumqayıtdan gələn sürücülər “20 Yanvar”da harada sərnişin düşürə bilər? – VİDEO
Sola dönmək qadağandır nişanı olan yerdə geriyə dönmək olar? – İZAH - VİDEO
Ata avtomobilini oğluna etibarnaməsiz verə bilərmi – QANUN NƏ DEYİR? - VİDEO
Bu ərazidə yaşıl işıqda hərəkət edəndə də cərimə oluna bilərsiniz – VİDEO
Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər
Ekspert qayda pozub statusdan istifadə edən qazilərə çağırış etdi - Bir gün… - VİDEO
Avtomobilin rəngini dəyişmək üçün rüsum nə qədərdir? – VİDEO












