Sürücülərin diqqət etmədiyi təhlükə: Avtobusla piyadaların arasında qalmaq – VİDEO

Qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov avtobusları ötərkən sürücülərin diqqət etməli olduğu vacib məqama toxunub.
Avtosfer.az xəbər verir ki, mütəxəssis bildirib ki, bəzi yol şəraitində avtobusu ötməyə cəhd etmək sürücü üçün təhlükəli vəziyyət yarada bilər. Xüsusilə avtobusla yolun digər hissəsində hərəkət edən və ya dayanmış piyadaların arasında qalan sahə sürücü üçün bir növ “tələ” rolunu oynaya bilər.
Aqil Rəhimovun sözlərinə görə, belə vəziyyətdə avtobus qəfil sola istiqamətlənərsə, sürücünün yayınmaq üçün kifayət qədər yeri olmaya bilər. Eyni zamanda piyadaların hərəkət istiqamətini dəyişərək avtomobilin qarşısına çıxması da qəza riskini artırır.
“Avtobusu ötmürəm. Çünki burada yolun solunda, yolun ortasında insanlar var və avtobusla onların arasında bir növ “tələ” yaranır. Əgər avtobusu ötməyə başlasam, avtobus sola versə, qaçmağa yer olmayacaq. Piyadalar soldan sağa gəlsələr, mən də yayınmağa imkan tapmayacağam. Ona görə belə vəziyyət “tələ” adlanır və bu zaman avtobusu ötməyi məsləhət görmürəm”, – deyə mütəxəssis bildirib.
Məşqçi qeyd edib ki, sürücü əvvəlcə piyadaların keçməsini və yolun təhlükəsiz şəkildə boşalmasını gözləməlidir. Bundan sonra qarşıdakı yolun vəziyyəti qiymətləndirilməli və yalnız təhlükəsiz olduğuna əmin olduqda avtobus ötməlidir.
“İnsanları keçirik, yol boşalır, yalnız bundan sonra avtobusu ötürük”, – deyə Aqil Rəhimov vurğulayıb.
Eltac Zülfüqaroğlu
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO
Gecə avtomobilin salon işığını yandırmaq təhlükəlidirmi? – ARAŞDIRMA












