Sürücülərin diqqətinə! Maşındakı bu düyməni nə vaxt aktivləşdirməli olduğunuzu bilməsəniz… - ARAŞDIRMA - FOTO

Bir müddətdir havaların istiləməsi avtomobillərdə kondisioner sistemlərinə ehtiyacı artırıb.
Avtosfer.az xəbər verir ki, bir çox sürücünün avtomobilin ön panelində gördüyü, lakin funksiyasını dəqiq bilmədiyi bir düymə yer alır.
Bu düymə, avtomobilin salonunda havanı təkrar dövriyyəyə salaraq kondisionerin daha effektiv işləməsini təmin edir. Yəni, sistem çöldən hava almaq əvəzinə, artıq soyudulmuş havanı təkrar dövr etdirir. Bu, kondisionerə daha az yük düşməsinə və yanacaq sərfiyyatının azalmasına səbəb ola bilər.

Daxili dövriyyə sistemi nə vaxt istifadə edilməlidir?
1) İsti yay günlərində kondisioner işə salındıqda;
2) Sıx nəqliyyat şəraitində, çöldə pis qoxu və ya çirkli hava olduqda;
3) Allergeyası olan insanlar üçün toz və allergenlərin avtomobilə daxil olmasının qarşısını almaq məqsədilə.
Bu hallarda daxili dövriyyə sistemi həm sağlamlıq, həm də komfort baxımından faydalıdır.
Bəs bu sistem nə vaxt istifadə edilməməlidir?
1) Soyuq havalarda: çünki bu zaman nəfəsdən yaranan nəm şüşələrin dumanlanmasına səbəb olur.
2) Uzun müddətli istifadədə: avtomobil daxilində oksigen azalır, karbon qazı artır, bu da yuxululuq və diqqətsizliyə gətirib çıxara bilər.

Təhlükəli halların qarşısını necə almaq olar?
Yeni nəsil avtomobillərdə daxili dövriyyə sistemi avtomatik şəkildə müəyyən müddətdən sonra deaktiv olur. Lakin köhnə avtomobillərdə bu sistemin işlək olub-olmadığını sürücülər özləri yoxlamalı və uzun məsafəli səfərlərdə fasilələrlə xarici havanın salona daxil olmasına şərait yaratmalıdırlar.
Daxili dövriyyə sistemi avtomobilin daxili komfortunu artırmaqla yanaşı, bəzi hallarda təhlükə mənbəyinə çevrilə bilər. Ona görə də bu funksiyadan istifadə edərkən ehtiyatlı və şüurlu davranmaq, avtomobilin havalandırma sistemindən düzgün istifadə etmək tövsiyə olunur.
Eltac Zülfüqaroğlu
Ekspert qayda pozub statusdan istifadə edən qazilərə çağırış etdi - Bir gün… - VİDEO
Avtomobilin rəngini dəyişmək üçün rüsum nə qədərdir? – VİDEO
Su altında qalan avtomobildə gizli təhlükə: Sürücülərə XƏBƏRDARLIQ
Avtomobilin buferini dəyişmək cəriməyə səbəb olur – QANUN NƏ DEYİR? - VİDEO
Sükan arxasında instinktə güvənmək təhlükəlidir? – AÇIQLAMA - VİDEO
Şəhərlərdə drenaj sistemləri necə inkişaf etdirilməlidir? - EKSPERT
Sığortası bitən avtomobilə görə hansı halda cərimə yazılmır? – VİDEO
Sürücülər bu qayda pozuntusuna görə 150 manat cərimələnəcək - Çoxunun xəbəri yoxdur - VİDEO
Sığortanın bitməsi ilə bağlı SMS gəlməyibsə cərimə yazıla bilər? – AÇIQLAMA - VİDEO
Maşını olanların NƏZƏRİNƏ: Bu nömrələrin dəyişdirilməsi...- RÜSUM NƏ QƏDƏRDİR?
Azərbaycandakı bu qanunda dəyişikliyin edilməsinə ehtiyac var? - AÇIQLAMA












