Sürücülərin qəza riskini artıran düşüncə tərzi budur – XƏBƏRDARLIQ - VİDEO

Sürücülük zamanı əsas məsələ yalnız yol hərəkəti qaydalarını bilmək deyil, həm də təhlükəsiz düşünmə tərzinə sahib olmaqdır. Təcrübəli sürücülərin də bəzən qəza törətməsinin əsas səbəblərindən biri ətrafdakı hər kəsin qaydalara əməl edəcəyinə güvənmələridir.
Avtosfer.az xəbər verir ki, qəza əleyhinə sürücülük kurslarının məşqçisi Aqil Rəhimov “Avto FM”in efirində bildirib ki, sürücü yolda hər an təhlükə ilə qarşılaşa biləcəyini nəzərə almalıdır:
“Bizim sürücülük kursunda əsas leytmotivlərimizdən biri odur ki, birinci növbədə sürücüdə təhlükəsiz düşünmə tərzi olmalıdır. Tələbələrə izah edirik ki, hətta təcrübəli sürücülər də bəzən qəzaya düşürlər. Axı onların təcrübəsi var. Əsas səhvlərindən biri odur ki, özlərinin qaydalara uyğun sürdüyünü nəzərə alaraq ətrafdakı sürücülərdən də eyni davranışı gözləyirlər.
Halbuki sürücü bilməlidir ki, yolda hər kəs qaydalara əməl etməyə bilər. Sürücülük kursunda təcrübəsiz sürücüdən fərq də məhz təhlükələrdən qorunma bacarığında özünü göstərməlidir. Sən bilməlisən ki, təhlükə hər tərəfdən yarana bilər və özünü elə aparmalısan ki, həmin təhlükələrdən yayınasan.
Hər an, hər saniyə qarşındakı sürücünün ehtiyatsızlıqdan, fikrinin dağılmasından və ya yol hərəkəti qaydalarını bilməməsindən kobud səhvə yol verə biləcəyini nəzərə almalısan. Sən hər şeyi öncədən görməli, ətrafındakılardan ehtiyatlı olmalı və hər an nəsə baş verə biləcəyini düşünməlisən”.
Aqil Rəhimov əlavə edib ki, kimsə qayda pozdu, sən vəziyyətdən çıxırsan:
“Kimsə qayda pozmadısa, gözləyirsən ki, bəlkə nəsə edərlər. Heç nə olmayanda da sevinirsən ki, şükür Allaha, bu dəfə qaydanı pozmadı.
Yəni qaydaları bilmək və onlara əməl etmək çox vacibdir. Amma ətrafdakılardan özünü qorumağı bacarmaq bundan da vacibdir”.
Eltac Zülfüqaroğlu
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO
Gecə avtomobilin salon işığını yandırmaq təhlükəlidirmi? – ARAŞDIRMA












