Sürücülərin təhlükəli vərdişi: Zolaq dəyişmək niyə risklidir? – VİDEO

Bakıda tıxac zamanı sürücülərin tez-tez zolaq dəyişməsi yol hərəkətinin təhlükəsizliyinə mənfi təsir göstərən əsas amillərdən biridir.
Avtosfer.az xəbər verir ki, qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov "AvtoFM" radiosunun efirində bildirib ki, bir çox sürücü zolaq dəyişməklə mənzil başına daha tez çatacağını düşünsə də, bu davranış əksər hallarda heç bir üstünlük yaratmır.
Onun sözlərinə görə, sürücülər sağ, orta və sol zolaqlar arasında davamlı hərəkət etməklə vaxt qazandıqlarını hesab edirlər. Lakin bir neçə saniyə sonra vəziyyət dəyişir və əvvəl üstün görünən zolaq dayanır, digər zolaq isə hərəkətə başlayır.
Tıxac şəraitində tez-tez zolaq dəyişməyin praktiki faydası yoxdur. Əksinə, bu cür manevrlər qəza riskini artırır və yol hərəkətinin ümumi axıcılığına mənfi təsir göstərir.
Mütəxəssis xüsusilə dönmə işıqlarından istifadə etmədən və digər sürücülərin reaksiyasını nəzərə almadan zolaq dəyişənlərə diqqət çəkib. Bəzi sürücülər avtomobillər arasında yaranan kiçik boşluqlardan istifadə edərək qəfil manevrlər edir ki, bu da toqquşma ehtimalını artırır.
Belə qəzalar nəticəsində sürücülər uzun müddət hadisə yerində qalmalı olur, polis və sığorta əməkdaşlarını gözləyirlər. Nəticədə yolun hərəkət qabiliyyəti azalır və tıxac daha da böyüyür.
Aqil Rəhimov vurğulayıb ki, tıxac zamanı səbirli olmağı, ara məsafəsini qorumağı və yalnız zərurət yarandıqda qaydalara uyğun şəkildə zolaq dəyişməyi tövsiyə edib.
Eltac Zülfüqaroğlu
Ekspert qayda pozub statusdan istifadə edən qazilərə çağırış etdi - Bir gün… - VİDEO
Avtomobilin rəngini dəyişmək üçün rüsum nə qədərdir? – VİDEO
Su altında qalan avtomobildə gizli təhlükə: Sürücülərə XƏBƏRDARLIQ
Avtomobilin buferini dəyişmək cəriməyə səbəb olur – QANUN NƏ DEYİR? - VİDEO
Sükan arxasında instinktə güvənmək təhlükəlidir? – AÇIQLAMA - VİDEO
Şəhərlərdə drenaj sistemləri necə inkişaf etdirilməlidir? - EKSPERT
Sığortası bitən avtomobilə görə hansı halda cərimə yazılmır? – VİDEO
Sürücülər bu qayda pozuntusuna görə 150 manat cərimələnəcək - Çoxunun xəbəri yoxdur - VİDEO
Sığortanın bitməsi ilə bağlı SMS gəlməyibsə cərimə yazıla bilər? – AÇIQLAMA - VİDEO
Maşını olanların NƏZƏRİNƏ: Bu nömrələrin dəyişdirilməsi...- RÜSUM NƏ QƏDƏRDİR?
Azərbaycandakı bu qanunda dəyişikliyin edilməsinə ehtiyac var? - AÇIQLAMA












