Banner

Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO

Öyrənək 6 Noyabr 2026 10:00
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
WhatsApp kanalımıza abunə olun

Sürücülük vəsiqəsinin etibarlılıq müddəti başa çatdıqdan sonra avtomobil idarə etmək sürücülər üçün inzibati məsuliyyət yarada bilər. Bəs vəsiqənin etibarlılıq müddəti cəmi bir gün keçibsə belə, sürücü cərimələnə bilərmi?

Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Rüfət Əmiraslanov bu məsələyə aydınlıq gətirib.

O bildirib ki, sürücülük vəsiqəsinin etibarlılıq müddətinin başa çatması həmin sənədin artıq qüvvədə olmaması deməkdir. Bu baxımdan müddətin bir gün və ya bir neçə ay keçməsi arasında fərq yoxdur.

Ekspertin sözlərinə görə, etibarlılıq müddəti başa çatmış sürücülük vəsiqəsi ilə avtomobil idarə edən şəxs qüvvədə olan sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsini idarə etmiş hesab edilə bilər. Belə halda sürücüyə 200 manat məbləğində cərimə tətbiq oluna bilər.

Rüfət Əmiraslanov sürücülərə vəsiqələrinin etibarlılıq müddətini əvvəlcədən yoxlamağı və müddət başa çatmamış sənədi yeniləməyi tövsiyə edib.

Qeyd edək ki, sürücülük vəsiqəsinin müddətinin bitməsi onun avtomatik uzadılması demək deyil. Buna görə də sürücülər sənədlərinin qüvvədə olmasına xüsusi diqqət yetirməlidirlər.

Eltac Zülfüqaroğlu

bax.tvhttps://bax.tv/avto-moto-xeberler/suruculuk-vesiqesinin-vaxti-kecen-surucunu-hansi-cerime-gozleyir-228547

 

 

Oxunub : 198
ŞƏRH YAZ
Ad

E-mail

Şərh