Sürücünün düşüncə tərzi qəzaya səbəb ola bilərmi? – Mütəxəssis AÇIQLADI - VİDEO

Qəza əleyhinə kurslarının məşqçisi Aqil Rəhimov sürücülərin yol hərəkətində təhlükəsiz davranışının yalnız qaydaları bilməkdən deyil, həm də düzgün düşüncə tərzindən asılı olduğunu bildirib.
Avtosfer.az xəbər verir ki, o, "Avto FM"in efirində çıxışı zamanı sürücülərin sükan arxasına əyləşərkən ilk növbədə öz təhlükəsizliklərini və ailələri qarşısındakı məsuliyyətlərini düşünmələrinin vacibliyini vurğulayıb.
Aqil Rəhimovun sözlərinə görə, sürücü yola çıxarkən əsas məqsədinin sağ-salamat mənzil başına çatmaq və ailəsinə qovuşmaq olduğunu unutmamalıdır:
"Evdən çıxarkən düşünməliyik ki, Allahın köməkliyi ilə işimizə sağ-salamat çatmalı və günün sonunda ailəmizin yanına sağlam qayıtmalıyıq. Hər bir insan ailəsi üçün dəyərlidir və onu evdə gözləyən insanlar var. Məhz bu düşüncə sürücünü məsuliyyətli davranmağa sövq edir.
Yol hərəkəti qaydalarına əməl etmək cərimədən və ya yol polisindən çəkinmək üçün deyil, ilk növbədə insanın öz həyatını qoruması üçün vacibdir.
Qaydalara yol polisi üçün deyil, öz təhlükəsizliyimiz üçün əməl etməliyik. Sükan arxasında əsas məqsədimiz kiməsə üstünlük göstərmək, mübahisəyə girmək və ya riskli manevrlər etmək yox, sağ-salamat evimizə qayıtmaq olmalıdır."
Aqil Rəhimovun fikrincə, sürücülərdə "məni evdə gözləyirlər" düşüncəsinin formalaşması aqressiv davranışların, yol münaqişələrinin və təhlükəli sürücülük vərdişlərinin azalmasına kömək edə bilər:
"İnsan bilməlidir ki, onu ailəsi, övladları və yaxınları gözləyir. Bu düşüncə sürücünü emosiyalarına qalib gəlməyə, lazımsız risklərdən uzaq durmağa və daha təhlükəsiz qərarlar verməyə sövq edir. Nəticədə həm öz həyatı, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyi qorunur."
Məşqçi vurğulayıb ki, yol hərəkəti təhlükəsizliyinin əsas şərtlərindən biri müsbət düşüncə tərzinin formalaşdırılması və sürücülərin məsuliyyət hissinin artırılmasıdır. Hər bir sürücünün əsas leytmotivi "evə sağ-salamat qayıtmaq" olmalıdır.
Eltac Zülfüqaroğlu
Sürücülərin qəza riskini artıran düşüncə tərzi budur – XƏBƏRDARLIQ - VİDEO
Maşının qapısının açılmasına görə baş verən qəzalarda kim məsuliyyət daşıyır? – AÇIQLAMA
Bu düşüncə həm sürücüləri, həm də piyadaları təhlükəyə atır – XƏBƏRDARLIQ - VİDEO
İriqabaritli maşınlarla paralel döngəyə girməyin – MÜTƏXƏSSİS – VİDEO
Bu hallarda maşın cərimə meydançasına aparılır - Sürücülərə XƏBƏRDARLIQ
Sol zolaqda gedən avtomobili sağdan keçmək olarmı? – İZAH - VİDEO
Tuneldə bu qaydanı pozan sürücülər cərimələnə bilər – XƏBƏRDARLIQ - VİDEO
Badamdarda sürüşməyə görə bağlanan yol nə vaxt istifadəyə veriləcək? - AÇIQLAMA
Bu nişanı səhv başa düşən sürücülər cərimələnə bilər – XƏBƏRDARLIQ - VİDEO
Sarı torun üzərində dayanmaq olarmı? – AÇIQLAMA – VİDEO
Xaricilər Bakıda niyə maşın sürmək istəmir? – Mütəxəssis səbəbləri AÇIQLADI - VİDEO










