Taksiyə minən vətəndaşın vurduğu zərəri kim qarşılamalıdır? – Hüquqşünasdan CAVAB - FOTO

Paytaxtda fəaliyyət göstərən bir çox taksi sürücüsü gündəlik iş zamanı müxtəlif psixologiyada sərnişinlə qarşılaşır. Avtosfer.a-ın müşahidələrinə əsasən, bu sərnişinlərin bir qismi mədəni davranır, kimisi tələsir, kimisi isə arxasında xoşagəlməz iz buraxır. Bəzən elə hallar olur ki, müştəri sanki öz evindəymiş kimi davranaraq avtomobilin salonuna zərər yetirir. Oturacaq qoparılır, içkilər tökülür, bəzən isə qapı və salonun digər hissələri zədələnir. Sürücü isə bu zərəri yalnız müştəri düşdükdən sonra, bəzən də növbəti sifariş zamanı fərq edir.
Belə vəziyyətdə maraqlı və bir o qədər də mübahisəli sual ortaya çıxır: istər şirkətə məxsus avtomobilə, istərsə də şəxsi nəqliyyat vasitəsinə dəyən ziyanın məsuliyyətini kim daşımalıdır; taksi sürücüsü, yoxsa zərəri vuran sərnişin?

Məsələ ilə bağlı hüquqşunas Ərşad Hüseynov Avtosfer.az-a açıqlamasında bildirib ki, qanunvericilikdə belə bir yanaşma mövcuddur ki, sərnişin istifadə etdiyi nəqliyyat vasitəsinə zərər vurmamalıdır: “Nazirlər Kabinetinin 141 nömrəli qərarında da qeyd olunur ki, sərnişinin vəzifələrindən biri, istər taksidən, istərsə də avtobusdan istifadə edərkən nəqliyyat vasitəsinə və onun avadanlıqlarına heç bir ziyan vurmamaqdır. Sərnişin yalnız xidmətdən səmərəli şəkildə istifadə etməlidir. Bu yanaşma, eyni zamanda, Mülki Məcəllədən də irəli gəlir. Daşıma xidməti göstərildiyi üçün bu xidmətdən istifadə edən şəxs, yəni sərnişin, xidmət göstərənin əmlakına və ya nəqliyyat vasitəsinə zərər vurmamalıdır. Əgər belə zərər vurulubsa, sərnişin həmin ziyanın əvəzini ödəmək öhdəliyi daşıyır”.
Hüquqşünas qeyd edib ki, taksidə səfər edən sərnişin avtomobilə maddi zərər vursa, bu halda onun qarşılığını ödəmək vəzifəsi yaranır: “Əgər taksi sürücüsü zərəri aşkar edərsə, ilk növbədə, hansı sərnişinin bu zərəri vurduğunu müəyyənləşdirməlidir. Daha sonra həmin sərnişinlə əlaqə saxlayaraq, dəymiş zərərin ödənilməsini tələb edə bilər. Bu zaman sürücü zərərin məbləğini dəqiq müəyyən etməli və sübut etməlidir ki, məhz həmin şəxs bu zərəri vurub. Əgər bu hallar sübuta yetirilərsə, sürücü sərnişindən zərərin ödənilməsini tələb etmək hüququna malikdir. Sərnişin ödənişdən boyun qaçırarsa, sürücü məhkəməyə müraciət edərək ziyanın ödənilməsini hüquqi yolla tələb edə bilər”.
Fidan
Kişi sürücülər qadın sürücüləri görəndə niyə əsəbiləşirlər? – Mütəxəssisdən maraqlı ŞƏRH - VİDEO
Lüks avtomobil almaq əvəzinə sürməyi öyrənin: Mütəxəssisdən sərt XƏBƏRDARLIQ - VİDEO
İnkişaf etmiş şəhərlər niyə ictimai nəqliyyata üstünlük verir? - Ekspert AÇIQLADI
Bayramda uzaq yola çıxanlara DYP-dən çağırış; bu qaydalara əməl edin - VİDEO
Yol vermək bəzi sürücüləri niyə qorxudur? – Mütəxəssisdən AÇIQLAMA - VİDEO
Torpaq sahələrindən səmərəsiz istifadə; Bakıda bu amil tıxaca səbəb olur? – EKSPERT
“Azərbaycanda sürücü piyadadan qorxur” – Mütəxəssisdən sərt AÇIQLAMA - VİDEO
Avtobus zolağı ilə hərəkətə hansı hallarda icazə verilir? – EKSPERT AÇIQLADI – VİDEO
Dayanma zamanı bu səhv ölümcül nəticələrə səbəb ola bilər – Mütəxəssisdən XƏBƏRDARLIQ - VİDEO
Dönmə və zolaq dəyişmədə sürücülər hansı səhvlərə yol verir? – MÜTƏXƏSSİS - VİDEO
Bakı küçələrindəki velosiped zolaqları nə işə yarayır? – RƏSMİ STATİSTİKA










