Təhlükəsiz şəhər konsepti necə təşkil edilməlidir? – Ekspert AÇIQLADI - FOTO

Şəhərlərdə piyada vurulmalarının qarşısının alınması üçün yol hərəkətinin düzgün təşkili və küçə dizaynının təkmilləşdirilməsi vacib hesab olunur.
Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Rauf Ağamirzəyev bu istiqamətdə kompleks yanaşmanın zəruri olduğunu bildirib. Onun sözlərinə görə, şəhər küçələri sürət üçün deyil, insan üçün layihələndirilməlidir və piyada təhlükəsizliyi prioritet məsələ kimi qəbul olunmalıdır.
İlk növbədə səkilərin davamlılığı təmin edilməli, piyadaların hərəkətinə mane olan baryerlər aradan qaldırılmalıdır. Əks halda insanlar məcburən yolun hərəkət hissəsinə çıxır ki, bu da qəza riskini artırır.
Eynisəviyyəli və svetoforla nizamlanan piyada keçidlərinin sayı artırılmalıdır. Onun fikrincə, qısa və rahat keçidlər piyadaları riskli davranışlardan çəkindirir və təhlükəsizliyi yüksəldir. Bununla yanaşı, iki və daha çox zolaqlı küçələrdə təhlükəsizlik adacıqlarının yaradılması piyadaların yolu mərhələli şəkildə keçməsinə imkan verir.
Ekspert əlavə edib ki, keçidlərin kontrast işıqlandırılması xüsusilə gecə saatlarında görünürlüğü artıraraq qəza riskini azaldır. Eyni zamanda, keçidlərə yaxın ərazilərdə parkinqin düzgün tənzimlənməsi və “kor zonaların” aradan qaldırılması sürücülərin piyadaları vaxtında görməsinə şərait yaradır.
İctimai nəqliyyat dayanacaqlarında “anti-cib” (bus bulb) həllərinin tətbiqi də mühüm əhəmiyyət daşıyır. Bu yanaşma həm avtobusların hərəkətini sürətləndirir, həm də parklanma ilə bağlı riskləri minimuma endirir.
Həssas ərazilərdə, yəni məktəb, bağça, poliklinika və xəstəxana ətrafında sürətin fiziki üsullarla azaldılmasının vacibliyini də qeyd edib. O bildirib ki, bu kimi yerlərdə xüsusi sürət azaldıcı elementlərin tətbiqi daha effektiv nəticə verir.
Ekspert sonda vurğulayıb ki, yalnız kameralar və cərimələr problemin tam həllini təmin etmir. Əsas məsələ küçələrin elə layihələndirilməsidir ki, sürətli hərəkət fiziki olaraq mümkün olmasın. Bu isə həm sürücülər, həm də piyadalar üçün daha təhlükəsiz şəhər mühiti yaradır.
Eltac Zülfüqaroğlu
Ekspert qayda pozub statusdan istifadə edən qazilərə çağırış etdi - Bir gün… - VİDEO
Avtomobilin rəngini dəyişmək üçün rüsum nə qədərdir? – VİDEO
Su altında qalan avtomobildə gizli təhlükə: Sürücülərə XƏBƏRDARLIQ
Avtomobilin buferini dəyişmək cəriməyə səbəb olur – QANUN NƏ DEYİR? - VİDEO
Sükan arxasında instinktə güvənmək təhlükəlidir? – AÇIQLAMA - VİDEO
Şəhərlərdə drenaj sistemləri necə inkişaf etdirilməlidir? - EKSPERT
Sığortası bitən avtomobilə görə hansı halda cərimə yazılmır? – VİDEO
Sürücülər bu qayda pozuntusuna görə 150 manat cərimələnəcək - Çoxunun xəbəri yoxdur - VİDEO
Sığortanın bitməsi ilə bağlı SMS gəlməyibsə cərimə yazıla bilər? – AÇIQLAMA - VİDEO
Maşını olanların NƏZƏRİNƏ: Bu nömrələrin dəyişdirilməsi...- RÜSUM NƏ QƏDƏRDİR?
Azərbaycandakı bu qanunda dəyişikliyin edilməsinə ehtiyac var? - AÇIQLAMA

















